SON XƏBƏRLƏR

Türki professoru Kamal Çiçəkdən erməni diasporasına sənədli cavab

2021.10.20, 07:36
Türki professoru Kamal Çiçəkdən erməni diasporasına sənədli cavab

Gunaz.tv

GünAzTv: Türkiyəli professor Kamal Çiçək ABŞ (Amerika Birləşmiş Ştatları) və Türkiyə arxivlərindən aldığı sənədlərlə erməni diasporasının təzminat ala bilməyəcəyini sübuta yetirib.

Xatırladaq ki, Los-Ancelesdə yaşayan iki erməni vəkilləri vasitəsilə qaldırdıqları iddiada Türkiyə dövlətinin onların mallarıbı və torpaqlarını əllərindən aldığını iddia etmiş, təzminat istəmişdilər.

Türk Tarix Qurumu Erməni Araşdırmaları Masasının rəhbəri Kamal Çiçək apardığı araşdırmayla bu iddiaları çürüdüb.

Lozanna müqaviləsinə müşahidəçi kimi qatılan ABŞ torpaqlarında yaşayan Osmanlı təəbəsi olan rum və ermənilərlə o zaman Türkiyədə iş görən ABŞ şirkətlərinin Türkiyədə qalan malları üçün təzminat istədiklərini bildirən Çiçək deyib ki, bu tələb 24 dekabr 1923-cü ildə Atatürk tərəfindən də qəbul edilib.

Professor bu məqsədlə 1924-cü ildə iki ölkə arasında bir komissiya yaradıldığını, təzminat tələbləri ilə bağlı müzakirələrin 1934-cü ildə başa çatdığını, 25 dekabr 1934-cü ildə Türkiyə ilə ABŞ arasında bu malların təzminatı ilə bağlı müqavilə imzalandığını qeyd edib.

Çiçək erməni, rum və ABŞ şirkətlərindən ümumilikdə 55 milyon dollarlıq tələb gəldiyini, ancaq ABŞ heyətinin sənədləri yetərli sayması və aparılan danışıqlar nəticəsində tələbin 1 milyon 300 milyon dollara endiyini bildirib.

Türkiyənin 8 il içərisində 900 min dollar ödədiyini qeyd edən Çiçək daha sonra ABŞ heyətinin Ankaraya bir yazı yazaraq qalan pulu geri istəmədiyini söyləyib.

Çiçək "İndi bu anlaşma ortada durarkən ermənilərin başqa iddialar qaldırıb Türkiyədən təzminat tələb etmələri mümkün deyil. Bu birmənalıdır" deyib.

Bu bilgilərin Türkiyə və ABŞ arxivlərində olduğunu vurğulayan Çiçək erməni disaporasının təzminat məsələsinin 75 il əvvəl qapandığını bildirib.trt

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar