SON XƏBƏRLƏR

Milli-mədəni fəalların son müdafiə məhkəməsi iclası keçirilib

2021.10.20, 07:36
Milli-mədəni fəalların son müdafiə məhkəməsi iclası keçirilib

Gunaz.tv

GünAzTv: Milli-mədəni fəalların son müdafiə məhkəməsi iclası Ərdəbil Məhkəməsində keçirilib.

 

Hakim Xəndestani 2010-cu il avqust ayının 8-də (mordadın 17-i) keçirilən iclasda Ramin Cabbari, Hafiz Sərdrapur və Nadir Əzizinin ittihamlarını qeyd edəyək, onların son müdafiə arqumentlərini alıb və dosyanı İnqilab Məhkəməsinə göndərib.

 

Adını çəkdiyimiz milli-mədəni fəallar 2010-cu il may ayının 17-də (1389-cu il ordibeheşt ayının 27-i) Parsabadda tutuqlanıb, Ərdəbil və Muğan ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təknəfərlik kameralarında 11 gün saxlanıldıqdan sonra 15000 dollarlıq (15 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.

 

Onlar türk dilində kurslar açmaq, mədəni fəaliyyət və yerli dərgilərdə məqalə dərc etmək vasitəsi ilə, milli təhlükəsizliyi pozmaq və sistemin əleyhinə təbliğdə ittiham olunurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar