SON XƏBƏRLƏR

İki fəalımız azadlğa buraxılıb

2021.10.20, 07:36
İki fəalımız azadlğa buraxılıb

Gunaz.tv

GünAzTv: Azərbaycanlı mədəni fəallar və “Traxtur” futbol komandasının tərəfdarları  Məhəmməd Tacdehi və Cəfər Yavəri 2010-cu il acqust ayının 12-də (mordadın 21-i) azadlığa buraxılıblar.

 

Onlar 12 gün müvəqqəti həbsdə saxlanıldıqdan sonra 10000 dollarlıq (10 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Adını çəkdiyimiz soydaşlarımız “Traxtur-Perspolis” müsabiqəsi zamanı Azərbaycan türk millətinə edilən təhqir və “Traxtur” komandası barədə Futbol Federasiyasının ədalətsiz qərarı ilə bağlı, avqust ayının 1-i (mordadın 10-u) Təbrizdə keçirilən Etiraz Aksiyası zamanı tutuqlanıb və həbs edilmişdilər.

 

Aksiya zamanı 50 nəfərə yaxın aksiya iştirakçısı yaxalanmışdı. Onların demək olar ki hamısı mülki vəsiqə və zəmanət qarşılığında azadlığa buraxılıblar. Ancaq məlum olduğu qədər Azərbaycanlı Şair Daryuş İbadpur hələdə həbsdə saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar