SON XƏBƏRLƏR

Azərbaycanlı alim Rəşid Əliyev İrandan təzminat tələb edir

2021.10.20, 07:36
Azərbaycanlı alim Rəşid Əliyev İrandan təzminat tələb edir

Gunaz.tv

GünAzTv: Əgər Rəşid Əliyev təzminat istəyirsə, deməli özünün həbsdə olmasını ədalətsizlik sayır. Bu da onun haqqıdır, anlaşılandır. Qanunsuz həbsdə saxlanılıbsa, deməli düzgün tələbdir.

 

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun "Bioloji sistemlər fizikası" laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev 2008-ci ildə İranda həbs edilib. Rəşid Əliyev İranın "Sazan Electronics İndustry Company" şirkətinin dəvəti ilə, BDU-nın rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Şirkətin rəhbərliyi Rəşid Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif versə də, alim buna razılaşmayıb və Azərbaycana qayıdıb. Viza probleminin olduğu əsas gətirilərək Rəşid Əliyev həbs edilsə də, sonradan lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham olunur. O, 3 il müddətinə azadlıqdan məhrum edildi. İran və Azərbaycan arasında aparılan danışıqlardan sonra Rəşid Əliyev üç gün öncə azadlığa buraxılıb və Bakıya qayıdıb. Azərbaycanlı alim özünə dəymiş maddi və mənəvi ziyana görə İran dövlətindən təzminat tələb edir. Bu məqsədlə o, yəqin ki, beynəlxalq məhkəməyə müraciət ünvanlayacaq.

Azərbaycanın İrandakı sabiq səfiri, millət vəkili Nəsib Nəsiblinin “Xalq cəbhəsi” qəzetinə verdiyi məlumata görə, Rəşid Əliyevlə bağlı məsələ Azərbaycan və İran parlamentləri arasında aparılan danışıqlarda müzakirə predmeti olub: "Bu məsələ Milli Məclisdə müzakirə olundu və spiker nümayəndə heyəti ilə Tehrana gedəndə ondan xahiş olundu ki, Rəşid Əliyevin məsələsini qaldırsın. İndi də azad ediblər və əgər Rəşid Əliyev təzminat istəyirsə, deməli özünün həbsdə olmasını ədalətsizlik sayır. Bu da onun haqqıdır, anlaşılandır. Qanunsuz həbsdə saxlanılıbsa, deməli düzgün tələbdir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar