SON XƏBƏRLƏR

ATƏT sədri: Qarabağ münaqişəsi asanlıqla həll olunmayacaq

2021.10.20, 07:36
ATƏT sədri: Qarabağ münaqişəsi asanlıqla həll olunmayacaq

Gunaz.tv

GünAzTv: Dnestryanı, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın Gürcüstan ilə qarşıdurması - bütün bu münaqişələr asanlıqla həll olunmayacaq.

 

Cənubi Qafqaz ərazisində mövcud münaqişələrin həlli işində dialoq üçün maksimum səy göstərmək vacibdir. Bu bəyanatla yerli KİV nümayəndələrinə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev çıxış edib.

 

 “Biz ATƏT-in həmsədr ölkəsi kimi bütün postsovet məkanında mövcud olan yubadılmış münaqişələrin nizamlanması işində çox səy göstərmişik. Dnestryanı, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın Gürcüstan ilə qarşıdurması - bütün bu münaqişələr asanlıqla həll olunmayacaq, o ki qaldı bir illik sədrlik dövründə”, - deyə Saudabayev bildirib.

O həmçinin əmin edib ki, Qazaxıstan bu istiqamətdə fəaliyyətini davam etdirəcək.//ANS Press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar