Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Sirr deyil ki, İslam Respublikasında dövlət strukturları, hətta bəzi hallarda parlament və hökumət formal mahiyyət daşıyır.
Çünki idarəetmədə seçkili orqanlardan üstün olan "ali rəhbərlik" (ayətulla Xamneyinin başçılıq etdiyi qurum) və Nəzarət Şurası ("ali rəhbərliyə" aiddir - seçkiləri keçirir, parlamentin qəbul etdiyi qanunlar onun təsdiqindən sonra qüvvəyə minir və s.) adlı strukturlardır. Ali rəhbərə və Nəzarət Şurasına yaxınlığına görə, prezident Mahmud Əhmədinejad qəbul etdiyi qərarlar barədə parlamentə məlumat vermir, yaxud onun kabinetinin həyata keçirdiyi qanunlar qanunverici orqanın təsdiqinə təqdim edilmir.Spiker yalan danışıb?Bu hal xroniki ziddiyyət doğurur. Məsələn, parlamentin sədri Əli Laricani bildirib ki, hökumət məclis tərəfindən təsdiqlənməyən qanunları icra edərsə, belə bir halda o, "qanuni yollarla hökumətlə qarşıdurmaya hazırdır".Xəbər agentliyinə müsahibə verən Əli Laricani deyir: "Ölkə Ana Yasasına əsasən, hökumət öz qərarlarını parlamentin təsdiqinə təqdim etməlidir. Gerçəklikdə bu baş vermir. Bu hal isə ciddi qanun pozuntusu sayılır". Parlament sədrinin sözlərinə görə, 2010-cu ilin martından etibarən hökumət öz qərarlarının məclisə təqdimatını dayandırıb. Deputatlar prezidentdən - hökumət başçısı Əhmədinejaddan parlamentə gələrək sözügedən məsələ ilə bağlı izahat verməsini istəyirlər.Prezidentin parlamentdəki xüsusi təmsilçisi isə bildirib ki, sənədlər əvvəlki kimi yenə də qanunverici orqana təqdim edilir və: "Laricaninin dedikləri ağ yalandır".Ötən həftəki cümə xütbəsi İslam Respublikasında hakimiyyətiçi münasibətlərdə ciddi problemlərin yaşandığını bir daha üzə çıxarıb. Bəlli olur ki, rejim daxilində islamçılarla panfarsçılar arasında ixtilaf mövcuddur.Əhməd Xatəmi nə demişdi?Avqustun 6-da Tehranda cümə namazında ayətulla Əhməd Xatəminin çıxışı ölkənin çeşidli informasiya vasitələri tərəfindən senzuraya tuş gəlib. İran televiziya və radioları, o cümlədən İRNA kimi tanınmış rəsmi agentlik onun İran prezidenti Mahmud Əhmədinejadın müşaviri Rəhim-Məşşai barədə dediklərini yayımlamayıb. Televiziya və radiolar Əhməd Xatəminin cümə xütbəsini yarımçıq verib."azr.baybak" bildirir ki, Rəhim-Məşşai xarici ölkələrin birində iranlılarla görüşdə deyib: "İslam mövzusunda çeşidli anlayışlar var. Ancaq islamın və İranın həqiqəti İran təlimidir. Ona görə də biz bundan sonra dünyaya yalnız İran təlimini tanıtmalıyıq"."İran təlimi" anlayışı altında müşavir İsfəndiyar Rəhim-Məşşai əslində "İran mərkəzli fars düşüncə sistemini" nəzərdə tutur. Firdovsidən gələn bu ideologiyanı müşavir "yeni ideya" adlandıraraq, təbliğatının vacib olduğunu vurğulayıb. Müşavir təbliğat zamanı fars şovinisti Firdovsinin uydurma qəhrəmanlarının adlarını çəkərək, "bu gün iranlıların hamısı "Arəş", "Rüstəm", "İsfəndiyar"dır - deyib.Qeyd edək ki, bir müddət öncə Mahmud Əhmədinejad da İranın "Amerika, İsrail" kimi başqa "düşmənləri qarşısında arəşlərin, rüstəmlərin, isfəndiyarların duracağını" söyləmişdi.
Ölkənin bir sıra tanınmış şəxsləri, o cümlədən ayətulla Əhməd Xatəmi cümə namazında Əhmədinejadın fikirlərinə münasibət bildirir:"İmam Xomeyni həmişə deyərdi ki, inqilab İran inqilabından öncə islam inqilabıdır. Əgər İran məktəbi (panirançılıq və panfarsçılıq nəzərdə tutulur - S.S.) islamın qarşısında durarsa, onda bu, dinimizə şərik qarışdırılmış millətçilikdir. Biz islami İranı istəyirik. Bizim hər şeyimiz islamdandır. Məqsədimiz və məktəbimiz islamdır. Beləliklə, İran məktəbini islam məktəbinə qarşı qoymaq, inqilabın əvvəllərində çıxış edən siyasətçinin dediyi məsələdir".Əhməd Xatəmi "İranın islamla nüfuz qazandığı" mülahizəsinə diqqəti çəkərək, inqilabın ilk illərində bir siyasətçinin dediklərindən örnək gətirib: "O siyasətçi deyərdi: "Bizim ayətulla Xomeynidən fərqimiz budur ki, imam İranı islam, biz isə islamı İran üçün istəyirik. Bu da şərikliyə qarışmış bir məsələ olduğundan imam bu məntiqin Qurana zidd olduğunu bildirirdi". Tarix boyu biz vətəninin müdafiəsində dindarların durduğunun şahidi olmuşuq. Bir çox millətçilər isə adətən vətənə xəyanət ediblər".Əhməd Xatəmi "millətçi" dedikdə, "İran millətçiləri"ni nəzərdə tutur. Bu millətçilik isə əsasında panfarsçılıq duran panirançılıqdan doğur.İslamçılar hiddətləniblərParlamentin üzvü Mütəhərri də Rəhim-Məşşainin "biz Rüstəmin, Arəşin uşaqlarıyıq" fikrinə münasibət bildirərək sual edir:"Görəsən, bundan sonra islamın yerinə İrandanmı danışacağıq? İnqilabımızın ideoloji və islami mahiyyəti irqçi bir mahiyyətəmi çevriləcək? Şəhidlərin ağası Həmzənin, İmam Əlinin (s.v.), Hüseyn ibn-Əlinin, Malik Əştərin, Əmmar Yasirin, Əbülfəzl Abbasın, Salmanın, Əbuzərin, Miqdadın yerinə bundan sonra "Rüstəm", "Siyavuş", "İsfəndiyar" və "Arəş"mi bizim modelimiz olacaq?"Deputat Mütəhərri Əhmədinejaddan Rəhim-Məşşainin açıqlama verməsini istəyib.İsfəndiyar Rahim-Məşşai prezidentin yaxın qohumudur. Ötənilki prezident seçkisindən sonra yəhudilər və İsrail dövləti haqda xoş sözlər dediyinə görə, hakimiyyətdəki çeşidli qruplar tərəfindən kəskin tənqidə məruz qalmışdı. Doğrudur, sonradan yəhudilər haqda dediklərinin əksinə də çıxış etmişdi. Amma Mahmud Əhmədinejad onu prezident aparatının başçısı kimi təsdiqlədə bilmədi. Əvəzində özünə müşavir təyin etməklə kifayətləndi.Həmin bu şəxs Qərbi Azərbaycan bölgəsinə səfəri zamanı kürdləri "ari irq"dən saymış, Azərbaycan torpaqlarının bu "irqə məxsus" olduğunu iddia etmişdi...Hakimiyyət daxilində bu sayaq kiflənmiş panfarsçı çıxışlar İrandakı mövcud siyasi islam ideologiyasının böhran içərisində olduğunu söyləməyə əsas verir. Bu ilk belə çıxış deyil. Məhəmməd Xatəminin prezidentliyi illərində ölkənin ali rəhbəri ayətulla Xamneyi "İranın birlik amilinin islam dini" olduğunu söyləmişdi. Onun çıxışından bir gün sonra o vaxtkı prezident Məhəmməd Xatəmi ali rəhbərinə cavab verirmiş kimi, "İranın milli birlik amili fars dili və mədəniyyətidir" demişdi.İran informasiya vasitələrinin məsələyə ikili yanaşması illər uzunu deyilənləri təsdiqləməkdədir. Bu baxımdan İslam Respublikasındakı bütün informasiya kanallarının panfarsçıların əlində olduğu qənaətinə gəlmək olar. 30 ilə yaxındır deyilir ki, islam dini İran hakimiyyətinə panfarsçılığını gizləmək üçün bir vasitədir. Keçmiş sovetlər dönəmində də "velikorus şovinizmi" kommunist ideologiyasına bürünmüşdü. S.Sədrəddin
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu