SON XƏBƏRLƏR

Bugün “Traxtur-Pas” müsabiqəsi yenidən keçiriləcək

2021.10.20, 07:36
Bugün “Traxtur-Pas” müsabiqəsi yenidən keçiriləcək

Gunaz.tv

GünAzTv: Xəbər verdiyimiz kimi dünən Təbrizin Traxtur futbol komandası ilə Həmədanın Pas taxımı arasında keçirilən müsabiqə elektrik cərəyanının kəsildiyi səbəbdən yarımçıq buraxılıb.

 

Məlumata görə, dünənki yarıda buraxılan müsabiqə bugün avqust ayının 14-də (mordadın 23-ü) eyni vaxta saat 21:45-də Təbrizin Səhənd stadyomunda (stadion) baş tutacaq. Bu barədə Futbol Federasiyasının nümayəndəsi Müctaba Şəhbazi məlumat verib.

 

Cənab Şəhbazinin sözlərinə görə, bugün də işıqlar kəsilərsə onda Liqa Təşkilatı müsabiqənin təkrar keçiriləcəyinə dair qərar qərar verməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar