SON XƏBƏRLƏR

“Traxtur-Pas” müsabiqəsi yarıda buraxılıb

2021.10.20, 07:36
“Traxtur-Pas” müsabiqəsi yarıda buraxılıb

Gunaz.tv

GünAzTv: Dünən avqust ayının 13-ü (mordadın 22-i) Təbriz vaxtı ilə saat 21:45-də başlayan “Traxtur-Pas” futbol müsabiqəsi yarımçıq qalıb.

 

Oyunun 33-cü dəqiqəsində gözlənilmədən kəsilən elektrik cərəyanı mwsabiqənin dayanmasına səbəb olub.

 

Oyun oynanıldığı müddətdə, heç bir komanda tərəfindən qol vurulmayıb.

 

İşıqlar kəsildiyi vaxtan sonra 40 dəqiqə gözlənilib sonra isə oyunun təxiriə salınmasına qərar verilib. Ancaq işıqlar kəsildiyi vaxtdan 50 dəqiqə sonra gəliblər.

 

Digər diqqətə layiq məqamlardan biri isə, polislər jurnalistlərin stadyoma (stadion) girməsinə maneçilik yaradıblar. Ancaq sonra polis rəisinin göstərişi ilə jurnalistlərə bu imkan verilib.

 

Qeyd edək ki, hadisə şahidlərinin bir qismi elektrikin kəsilməsini təsadüfi hesab etmirlər. bununla bağlı məlumat yaxın gələcəkdə dəqiqləşə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar