SON XƏBƏRLƏR

Türkiyə və İran İsrailə qarşı məxfi saziş imzalayıblar?

2021.10.20, 07:36
Türkiyə və İran İsrailə qarşı məxfi saziş imzalayıblar?

Gunaz.tv

GünAzTv: Türkiyə və İran İsrailə qarşı məxfi saziş imzalayıb. Bu barədə İtaliyanın Corriere della Serra qəzeti məlumat yayıb.

 

Yazıdan belə məlum olur ki, ölkələr İsrailə qarşı saziş bağlayıblar. Türkiyə “Huzbullah” üçün raket dolu yüzlərlə yük maşınının öz ərazisindən buraxılmasına icazə verib. Bu sazişi İslam İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Taab və Türkiyə kəşfiyyatının yeni rəhbəri Hakran Fidan imzalayıb.

Həmçinin qeyd olunur ki, ABŞ (Amerika Birləşmiş Ştatları) və Aİ-nin İrana qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Türkiyə Tehrana yanacaq göndərilməsini davam etdirmək niyyətindədir. (Turan)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar