SON XƏBƏRLƏR

Türkiyə prezidenti Azərbaycana gəlir

2021.10.20, 07:36
Türkiyə prezidenti Azərbaycana gəlir

Gunaz.tv

GünAzTv: Türkiyə prezidenti iki günlük rəsmi səfər çərçivəsində İlham Əliyev, Oqtay Əsədov, Artur Rasizadə və Allahşükür Paşazadə ilə görüşəcək.

Türkiyə prezidenti Abdulla Gül avqustun 16-da iki günlük rəsmi səfər proqramı ilə Azərbaycana gedəcək.

Azərbaycan prezidenti İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşəcək səfərdə Gülü enerji və təbii sərvətlər naziri Taner Yıldızla yanaşı rəsmi şəxslər, elm adamları və media mənsublarından ibarət yüksək səviyyəli heyət müşayiət edəcək.

Prezident Gül İlham Əliyevlə təkbətək və heyətlərarası görüşlərlə yanaşı, parlament sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadə ilə də bir araya gələcək.

Görüşlərdə Türkiyə -Azərbaycan ikitərəfli əlaqələri ilə yanaşı, hər iki ölkəni maraqlandıran regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar