SON XƏBƏRLƏR

Türkmən nefti artıq Bakı-Tiflis-Ceyhan neft kəməri ilə axır

2021.10.20, 07:36
Türkmən nefti artıq Bakı-Tiflis-Ceyhan neft kəməri ilə axır

Gunaz.tv

GünAzTv: Türkmənistan nefti artıq Bakı-Tiflis-Ceyhan neft kəməri ilə Avropaya nəql olunmağa başlayıb.

BTC kəməri ilə Türkmən neftinin nəqlinə razılıq cari ilin iyulunda əldə olunub: “Hazırda bu kəmər ilə hər gün 800 min bareldən çox neft nəql olunur ki, bununda 4.5 faizi Türkmən neftinin payına düşür”.

Qeyd edək ki, Türkmənistan nefti keyfiyyət baxımından Azərbaycanın neft markası olan “Azeri-Layt”a daha yaxın olduğundan onların birlikdə nəqlində heç bir problem yaratmayacaq. Xatırladaq ki, Azərbaycandan keçən neft kəməri Gürcüstan və Türkiyə ərazisi ilə Türkmənistan neftini Rusiydan yan keçməklə Avropaya nəql edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar