SON XƏBƏRLƏR

Rusiya Abxaziyada S-300 zenit raket kompleksi yerləşdirir, Gürcstan isə buna etiraz edir

2021.10.20, 07:36
Rusiya Abxaziyada S-300 zenit raket kompleksi yerləşdirir, Gürcstan isə buna etiraz edir

Gunaz.tv

GünAzTv: Abxaziyada Rusiyanın müasir raket silahı sayılan S-300 zenit raket sistemi yerləşdirilib.

Bunu jurnalistlərə Rusiya Hərbi hava qüvvələri komandanı general-polkovnik Aleksandr Zelin bildirib.

Onun sözlərinə görə bu sistem, Rusiya hərbi bazası və Abxaziya ərazisinin müdafiəsi üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, bu sistem Abxaziya və Cənubi Osetiyanın hava hücumundan müdafiəsini təmin edəcək.

Aleksandr Zelin bildirib ki, S-300 kompleksi qarşısında qoyulan məqsəd, müdafiə edilən ərazilərin hava məkanına daxil olan uçan aparatların məhv edilməsindən ibarətdir.

Rusiyalı zabitin qeyd etdiyi kimi, Cənubi Osetiyada hava hücümundan müdafiə məqsədləri üçün digər tipli sisitemlər yerləşdirilib.

Gürcüstan isə Rusiyanın Abxaziyada S-300 zenit raket kompleksinin yerləşdirilməsinə etirazını bildirib.

Gürcüstanın Böyük Britanıyadakı səfiri BBC-yə müsahibəsində bildirib ki, bu, Gürcüstanla Rusiya arasında Avropa İttifaqının vasitəçiliyi ilə bağlanan atəşkəsin qaydalarına ziddir.

Səfir Georgi Badridze deyib: "Rusiya sazişə riayət etməkdən boyun qaçırır. Atəşkəsə görə 2008-ci ilin avqustundakı qısa müharibədən sonra tərəflər öz qoşunlarını əvvəlki mövqelərinə çəkməli idilər".

"Lakin Rusiya regiona yeni qüvvələr göndərməkdə davam edir. Düşünürük ki, bu beynəlxalq hüququn pozulmasıdır. Avropa İttifaqının Rusiyanı atəşkəsə əməl etməyə məcbur etməlidir", deyib Gürcüstan səfiri.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar