SON XƏBƏRLƏR

“Yaşıl Hərəkat” Azərbaycan türkcəsində sayt açıb

2021.10.20, 07:36
“Yaşıl Hərəkat” Azərbaycan türkcəsində sayt açıb

Gunaz.tv

GünAzTv: İranda keçən il iyun ayında keçirilən qalmaqallı prezident seçkisindən sonra “Yaşıl Hərəkat” adlı yaranan siyasi cərəyan öz fəaliyyətini dəvam etdirir.

 

Öz fəaliyyətini genişləndirmək məqsədi ilə “Yaşıl Hərəkat” Azərbaycan türkcəsində “Azadlığın yaşıl səsi” adlı sayt açıb.

 

Yeni fəaliyyətə başlayan saytda, yazılar ərəb əlifbası ilə Azərbaycan türkcəsində yerləşdirilib.

 

Xatırladaq ki, İran hökuməti ilə “Yaşıl Hərəkat” arasında gedən çəkişmə hələdə dəvam edir. Şərhçilərin fikricə hər iki düşərgə öz milli hüquqlarını tələb edən Azərbaycan türklərini öz mövqelərinə yaxınlaşdırmağa çalışırlar. Onlar bununla balansın öz xeyirlərinə dəyişəcəyinə şübhə etmirlər. “Yaşıl Hərəkat”ın Azərbaycan türkcəsində yaratdığı sayt da bu rəqabətin tərkib hissədidir.

 

Adını çəkdiyimiz sayt:

http://tr.irangreenvoice.com/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar