SON XƏBƏRLƏR

PKK terrorçuları neft kəmərində partlayış törədib

2021.10.20, 07:36
PKK terrorçuları neft kəmərində partlayış törədib

Gunaz.tv

GünAzTv: Türkiyənin BOTAŞ şirkətinə aid Kərkük-Yumurtalıq neft kəmərində PKK terrorçuları partlayış törədib.

 

ANS press “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, ilkin məlumata görə, 2 nəfər partlayış səbəbilə yanğın baş vermiş avtomobildə qalaraq ölüb, daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

 

 Məlumata görə, hadisə Türkiyə Mardin vilayətinin Midyat rayonu ilə Şırnak vilayətinin İdil rayonu arasında terrorçuların döşədiyi minanın partlaması nəticəsində baş verib. Hazırda yanğının söndürülməsi üçün BOTAŞ-ın operativ yanğınsöndürmə qrupu hadisə yerində iş aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar