SON XƏBƏRLƏR

Hikmət Hacızadə: «İranın gördüyü tədbirlər müharibənin yaxınlaşmasına işarədir»

2021.10.20, 07:36
Hikmət Hacızadə: «İranın gördüyü tədbirlər müharibənin yaxınlaşmasına işarədir»

Gunaz.tv

GünAzTv: İranın beynəlxalq qurumların tələblərinə riayət etməməsi bu ölkəyə qarşı hərbi əməliyyatlar ehtimalını artırır. Bunu anlayan rəsmi Tehran ehtiyat tədbirləri görməyə başlayıb.

Artıq hərbi zavodların Tehrandan çıxarılması prosesinə başlanılıb. İran müdafiə naziri Əhməd Vahidin “Fars” agentliyinə verdiyi məlumata görə, prosesin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Onu da xatırlatmaq yerinə düşər ki, bu günlərdə ABŞ (Amerika Birləşmiş Ştatları) hərbi qərargahının rəhbəri Irana hücum planının hazır olduğunu bildirib. Tehranın ehtiyat tədbirləri görməsi müharibənin yaxınlaşması anlamına gəlmirmi? Politoloq Hikmət Hacızadənin fikrincə, görülən tədbirlər müharibənin yaxınlaşmasına işarədir. Artıq Tehran hərbi əməliyyatlara hazırlaşır. Hazırkı müharibə hədələrinin əvvəlkilərdən fərqləndiyini deyən ekspert bundan sonra sanksiyaların daha şiddətli olacağını vurğuladı: “Əvvəl ancaq Qərb danışırdı. Indi Rusiya ilə Çin Qərblə birləşib və İranı nüvə proqramını dayandırmağa çağırır. Sanksiyaların da şiddəti artacaq. Bunun nəticəsində Irana hərbi müdaxilə gözlənilir”. Politoloq Zərdüşt Əlizadə təhlükənin yaxınlaşdığını və İranın özünü müdafiə tədbirlərinə əl atdığını bildirdi: “Neçə ildir Iranı hədələyirlər, ona qarşı planlar cızırlar. Görünür, artıq bu hədələrin həyata keçirilməsi mərhələsi yaxınlaşır. Təhlükə reallaşanda isə ölkəni müdafiə etmək üçün tədbirlər görülməlidir”. Azadlıq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar