SON XƏBƏRLƏR

SEPAH rəsmisi: Amerika əsgərləri üçün kütləvi məzar qazırıq

2021.10.20, 07:36
SEPAH rəsmisi: Amerika əsgərləri üçün kütləvi məzar qazırıq

Gunaz.tv

GünAzTv: İran İnqilabi Qvardiyası (SEPAH) komandirinin yardımçısı Hüseyn Kənanı Muqaddem ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İrana hücum edəcəyi təqdirdə Amerika əsgərlərini basdırmaq üçün kütləvi məzarlar qazdıqlarını söyləyib.

 

GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə,  Pentaqon rəsmisi Mayk Mullenin keçən həftə verdiyi açıqlamda, ABŞ-ın İrana yönəlik hücum planları olduğu istiqamətindəki şərhinə qarşılıq olaraq, İranın Fars xəbər agentliyinə açıqlama verən Muqaddem İranın, 1980-88-ci illər müharibəsində ölən iraqlı əsgərləri basdırdığı ölkənin cənub-qərbindəki Huzistan əyalətində Amerika əsgərləri üçün kütləvi məzarlar qazdıqlarını deyib.

 

Mullen keçən həftə verdiyi şərhdə, hər nə qədər xoş səslənməsədə yenə də ABŞ-ın fövqəladə vəziyyətlərdə istifadə edilmək üzrə gündəmdə tutduğu İrana yönəlik hərbi hücum planlarının olduğunu söyləmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar