SON XƏBƏRLƏR

Şərqdə böyük müharibə təhlükəsi reallığa çevrilir

2021.10.20, 07:36
Şərqdə böyük müharibə təhlükəsi reallığa çevrilir

Gunaz.tv

GünAzTv: İranın 4 yeni və yüksək səviyyədə modern sualtı qayığı dənizə endirməsinin ardından Qərbin əsəblərinə toxunacağı şübhə doğurmayan daha bir xəbər daxil olub. Agentliyin şərhində  bildirilir ki, İran 20 faiz nisbətində uran zənginləşdirmə işlərini həyata keçirdiyi zavodda 164 sentrifuqanın ikinci qrupunu da işə salıb. Qurumun sözçüsü Cill Tudor bildirib ki, agentliyin müfəttişləri iyulun 17-də İranın nüvə təsisatlarına səfər ediblər və bu zaman 164 maşınlıq sentrifuqa blokunun ilk sentrifuqa ilə əlaqəli şəkildə işləməkdə olduğunu görüblər. İranın zənginləşdirmə proqramlarına yaxın qaynaqlardan biri iki sentrifuqa blokunu birləşdirmək qərarının daha çox uran zənginləşdirmək deyil, məhsuldarlığı artırmaq məqsədinə xidmət etdiyini bildirib.Uranın nüvə silahlarının hazırlanmasında istifadə edilə bilməsi üçün 95 faiz nisbətində zənginləşdirilməsi lazımdır. Ancaq 20 faiz nisbətində zənginləşdirilmiş radioaktif maddənin silah istehsalında istifadə edilməsi daha az zənginləşdirilmiş maddə ilə müqayisədə daha asandır. Tahran nüvə silahı ilə bağlı hədəflərinin olmasına dair iddiaları rədd edərək nüvə proqramının yalnız dinc məqsədlər güddüyünü ifadə edir, amma bu şərhlər başda ABŞ və müttəfiqləri olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir.Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin şərhi İranın nüvə proqramı ilə əlaqədar BMT-nin qəbul etdiyi sanksiyalara cavab olaraq dollar və avro ehtiyatlarını öz kurs səbətindən çıxaracağına dair açıqlamasının ardından gəlib. İran prezidentinin köməkçisi Məhəmməd Riza Rəhimi İran mətbuatına verdityi şərhdə «Bu pul vahidlərinin çirkli olduğunu düşünürük, artıq dollar və avro müqabilində neft satışını dayandıracağıq» deyə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar