SON XƏBƏRLƏR

Təhlükəsizlik Qüvvələri Kütləvi etiraza hazırlaşan məhbus ailələrinə söz verdi

2021.10.20, 07:36
Təhlükəsizlik Qüvvələri Kütləvi etiraza hazırlaşan məhbus ailələrinə söz verdi

Gunaz.tv

GünAzTv: İran Təhlükəsizlik Qüvvələri Azərbaycanlı siyasi məhbusların ailəsinə söz vərərək, yaxın günlərdə məhbusların hüquqi durumlarına baxılacağını bildiriblər.

 

Belə ki, təxminən iki həftə öncə siyasi məhbusların ailəsi onların azadlığını tələb etdiklərinə dair bəyanat yayaraq, məhbusların azad edilmədiyi halda Təbriz Məhkəməsi qarşısında Kütləvi Etiraza başlayacaqlarını bildirmişdilər.

 

Bu səbəbdən avqust ayının 7-də (mordadın 16-ı) 60 nəfər məhbus yaxınları Təbriz Məhkəməsi qarşısında toplaşıblar. Bu halda Təhlükəsizlik Qüvvələri onlara söz veriblər ki, məhbusların vəziyyəti bir neçə gün ərzində müəyyənləşəcəkdir. Onlar bunun üçün etirazçılardan bir neçə gün dözmələrini tələb ediblər.

 

Xatırladaq ki, 22 may (1 xordad-milli qiyam) hadisələrinin 4-cü ildönümü ərəfədində Azərbaycanın müxtəlif bölgələrində yaxalanan onlarla milli-mədəni fəal Təbriz ETTELAATına (İran Kəşfiyyat Nazirliyi) gətiriliblər. Onlardan bir neçəsi azadlığa buraxılsada hələdə 20 nəfərə yaxın soydaşımız ETTELAAT təcridxanasında saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar