SON XƏBƏRLƏR

Rusiya alov içində

2021.10.20, 07:36
Rusiya alov içində

Gunaz.tv

GünAzTv: Azərbaycan Şimal qonşumuza 120 nəfərlik briqada kömək təklif edib.

Azərbaycan Rusiyaya meşə yanğınlarının söndürülməsi üçün əlavə kömək təklif edib. Bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin beynəlxalq fəaliyyət departamentinin direktoru Yuri Brajnikov deyib. O bildirib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi 120 nəfərdən ibarət dəstə göndərməyə hazırdır. Bu barədə APA “RİA Novosti”yə istinadən məlumat yayıb.

Y. Brajnikov Rusiya Fövqəladə Hallar Nazirliyinin bu yanğınsöndürənlərin hazırlanmasında iştirak etdiyini söyləyib: “Hazırda Avropanın cənubunda yanğınlar başlayıb. Portuqaliyada yanğınsöndürənlər böyük gərginlik içinə çalışırlar, orada da təcili tədbirlər görmək zərurəti yaranıb. Avropanın bütün cənub hissəsində yanğın təhlükəsi var. Ona görə də biz digər dövlətlərin təklifini ehtiyatda saxlayırıq”. Xatırladaq ki, anomal istilərlə əlaqədar hazırda Rusiyanın 17 federasiya subyektində yanğınlar davam edir. Rusiya prezidentinin fərmanı ilə 7 regionda fövqəladə vəziyyət rejimi elan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar