Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: İranın müdafiə naziri general Əhməd Vahidi bəyan edib ki, hökumətin qərarı ilə bütün hərbi zavodlar Tehrandan çıxarılır.
“Fars” agentliyinə müsahibəsində Vahidi bildirib ki, hərbi zavodların Tehrandan çıxarılması prosesi artıq başlayıb: “Biz bu prosesi kifayət qədər qısa müddətdə başa çatdırmağa çalışırıq”. Vahidi əlavə edib ki, evakuasiya prosesinə baxmayaraq, hərbi zavodlarda konveyerlərin işi bir an da olsun dayanmayacaq.
O, zavodların hara köçürüldüyünü açıqlamayıb. Bununla belə, müdafiə naziri təsdiq edib ki, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) pilotsuz kəşfiyyat təyyarələri İran üzərində uçuşlar həyata keçirərək strateji obyektlər barədə informasiya toplamağa çalışır. Vahidi İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin bu cür casusluq fəaliyyətinin qarşısını almaq iqtidarında olduğunu da bildirib.İranın hərbi zavodlarını Tehrandan təcili çıxarmaq qərarını təhlil edən Qərb ekspertləri bunun ABŞ və İsrailin mümkün hərbi əməliyyatları ilə izah edirlər. Belə ki, İrana qarşı hava zərbələrinin hədəfləri arasında təkcə nüvə obyektləri deyil, hərbi zavodlar da yer alır. Məlumatlara görə, Tehran və ətrafında yerləşən hərbi zavodlarda əsasən ballistik raketlər və onların komponentləri, habelə yaxın mənzilli raketlər və torpedolar istehsal edilir. Görünür, İran hakimiyyəti bu zavodların yerinin ABŞ və İsrail kəşfiyyatı tərəfindən müəyyən edilməsindən duyuq düşərək onları köçürməyi qərara alıb. Həmçinin həmin zavodlara hava zərbələrinin endirilməsi mülki əhali arasında da tələfata səbəb ola bilər. Müxtəlif mənbələrdən yayılan məlumatlara əsasən, İsrail İrana hava zərbələri endirmək üçün fürsət və ABŞ-ın icazəsini gözləyir. Lakin istisna deyil ki, İsrail ABŞ-ın icazəsini almadan da İrana qarşı hücum əməliyyatlarına başlaya bilər. Bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin istefada olan yüksək rütbəli zabitlərindən bir qrupu prezident Barak Obamaya məktub yazaraq bildirib ki, İsrail avqust ayı ərzində İrana qarşı hücuma başlayacaq. Kəşfiyyat zabitləri Obamanı İsraili bu addımdan çəkindirmək üçün təcili hərəkətə keçməyə çağırıblar. Çünki onlar hesab edirlər ki, İsrailin İrana hücumu Yaxın Şərqdə genişmiqyaslı müharibəyə və İsrailin məhv olmasına gətirib çıxaracaq.Lakin ABŞ-ın özü də İrana qarşı hərbi əməliyyatları istisna etmir. Vaşinqtonda bunu ən son variant kimi nəzərdən keçirsələr də, İranı vurmaq üçün bütün hərbi hazırlıqlar tamamlanıb. Birləşmiş Ştatlar Fars körfəzində İrandakı hədəflərə kütləvi zərbələr endirməyə imkan verəcək qədər hərbi qüvvə cəmləşdirib. Həmçinin ABŞ Yaxın Şərqdəki müttəfiqlərinin İranın mümkün cavab zərbələrindən müdafiə olunması üçün onlara davamlı olaraq hərbi yardımlar edir. ABŞ-ın bir neçə ərəb ölkəsində “Petriot” sistemləri yerləşməsinin ardınca məlum olub ki, bu ölkə Səudiyyə Ərəbistanına qırıcı təyyarələr satmağı qərara alıb. Müqavilənin məbləği 30 milyard dollara yaxındır. Həmçinin ABŞ İsrail ərazisinin raket hücumlarından müdafiəsi üçün ikinci “qalxan”ın qurulmasına başlayıb. Hələlik Vaşinqton İrana qarşı tətbiq edilən son sanksiyaların hansı nəticə verəcəyini gözləyir. Dövlət katibi Hillari Klinton bildirib ki, ABŞ İranla nüvə məsələsində dialoqa hazırdır, ancaq bu dialoqun baş tutması üçün nə etmək lazım gəldiyini Tehran yaxşı bilir. Klintona görə İran nüvə fəaliyyətlərinə dair beynəlxalq ictimaiyyətin narahatlıqlarını aradan qaldıran əməli fəaliyyətə keçməlidir. İranın xarici işlər naziri Manuçehr Möttəki isə jurnalistlərə bildirib ki, müharibənin başlaması realdır. Möttəkiyə görə İranın əlində İsrail və ABŞ-ın belə plana malik olduqlarını göstərən məlumatlar var. Lakin o, əlavə edib ki, İrana qarşı hücumlar düşmənin məğlubiyyəti və İsrailin məhv olması ilə nəticələnəcək. Hərbi ekspertlərə görə, İsrailin İrana qarşı hava zərbələri endirməsi üçün ən münasib vaxt avqust-sentyabr ola bilər. Belə məlumatlar var ki, İsrail İranı vurmaq üçün Səudiyyə Ərəbistanının hava məkanından istifadəyə gizli razılıq alıb. Ancaq İsrail aviasiyası havada əlavə yanacaq doldurmaqla da İran səmasına çata bilər. Bununla belə, İsrailin hərbi imkanları İrana qarşı uzunmüddətli müharibə üçün yetərli hesab edilmir. Münaqişənin bir neçə gündən artıq uzanması ABŞ-ın istər-istəməz hərbi əməliyyatlara qarışmasına gətirib çıxaracaq. Məhz bunu nəzərə alan ABŞ rəhbərliyi İranla hərbi münaqişəyə qəfil cəlb olunmaq istəmir və İsraili təkbaşına addım atmaqdan çəkindirməyə çalışır.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu