SON XƏBƏRLƏR

İbrahim Rəşidi (Savalan) azadlığa buraxılıb

2021.10.20, 07:36
İbrahim Rəşidi (Savalan) azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Azərbaycanlı jurnalist, milli-mədəni fəal cənab İbrahim Rəşidi (Savalan) 2010-cu il avqust ayının 9-da (mordadın 18-i), 57 gün müvəqqəti həbsdən sonra azadlığa buraxılıb.

 

O 50000 dollarlıq (50 milyon tümən) mülki vəsiqə qarşılığında Meşkinşəhr (Xiyav) zindanından azad edilib.

 

Adını çəkdiyimiz veblaqçı vı jurnalist 2010-cu il iyun ayının 14-də (1389-cu il xordad ayının 24-u) Ərdəbilin Səreyn axtarış məntəqəsində tutuqlanmışdı.

 

Cənab Rəşidi sistemin əleyhinə olan qruplarla əməkdaşlıq və sistemin əleyhinə təbliğdə ittiham olunur. Onun dosyasının araşdırılması  Müşkinşəhr və Ərdəbil məhkəmələrində hələdə cərəyan edir.

 

Qeyd edək ki, Güney Azərbaycan milli hərəkatının fəal üzvlərindən olan İ.Rəşidi milli zəmindəki fəaliyyətlərinə görə il yarım əvvəl tutulub 5 ay həbsdə saxlandıqdan sonra 50 min dollarlıq mülk girovu qarşılığında azadlığa buraxılmışdı.

 

 Xarırladaq ki, “Azərtopraq” adlı qeyri-hökumət təşkilatının qurucusu, Urmiya Universitetində fəaliyyət göstərən Şəhriyar adına ədəbi dərnəyin rəhbəri, “Bulud”, “Oyanış”, “Ulduz” və “Baxış” tələbə qəzet və jurnallarının əməkdaşı olan ərdəbilli fəal cənab Rəşidi tanınmış ziyalı və milli-mədəni fəallardan biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar