SON XƏBƏRLƏR

Culfa şəhərinin milli fəalları "Traxtur" yarışlarında fəal iştirak edəcəklər

2021.10.20, 07:36
Culfa şəhərinin milli fəalları "Traxtur" yarışlarında fəal iştirak edəcəklər

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Culfa şəhərinin fəalları bu haqda Bəyanat yayəblar.

 

Bəyanat qeyd olunub:

 

“ Hamımız şahid olduq ki, “Traxtur-Piruzi” yarışında yenədə ari (ariyayi) mədəniyyəti özünü göstərdi. Bir saat boyu Azərbaycan türk millətinə edilən təhqir, televiziya ekranından yayımlandı.

 

Burda əsas iki məsələ var: birincisi millətçi farsların anti-türk siyasətləri hələdə var gücü ilə dəvam edir. ikincisi isə ondan ibarətdir ki, bizə hücum və təhqir edildi ama federasiya tərəfindən verilən qərar da bizim və “Traxtur”un əleyhinə oldu.

İran Kütləvi İnformasiya vasitələri özlərini elə aparırdılar ki, sanki heçnə baş verməyibdir. Buda Azərbaycan türk millətinin ictimai şüuruna edilən hörmətsizlik və təhqirdən başqa heçnə deyil.

 

Bütün bunlara görə, biz “Culfa şəhəri milli fəalların bir qrupu” olaraq, “Traxtur”un növbəti müsabiqələrində aktiv olaraq iştirak edəcəyik və bununlada fars hakimiyyətinin rasizm siyasətinə öz etirazımızı bildirəcəyik.”

 

Yaşasın Azərbaycan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar