SON XƏBƏRLƏR

İran rejiminin Bəhailərə qarşı təzyiqi dəvam edir

2021.10.20, 07:36
İran rejiminin Bəhailərə qarşı təzyiqi dəvam edir

Gunaz.tv

GünAzTv: İrandan gələn xəbərlərdə Bəhai dininin yeddi aparıcı üzvünün hərəsinin 20 illik həbs cəzasına məhkum edildikləri xəbər verilib. Onlar İslama qarşı çıxmaqda və casusluqda ittiham edilirdilər.

Lakin tərəfdarları bu ittihamların əsassız olduğunu bildirirlər.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bəhai icmasının üzvləri bunu dinlərinin İranda təqib edilməsinin ən son nümunəsi kimi təsvir edirlər.

Beş il əvvəl prezident Mahmud Əhmədinejad hakimiyyətə gələndən sonra dini icmanın vəziyyəti xeyli pisləşib.

İran hakimiyyəti Bəhailiyi legitim din hesab etmir və deyir ki, bəhailər İslam dini barədə küfr fikirləri təbliğ edirlər.

Adı çəkilən 7 Bəhai lideri 2 il əvvəl həbs edilmişdilər.

Onlara qarşı irəli sürülmüş ittihamlar arasında dövlətin təhlükəsizliyinə qarşı çıxmaq, İslama qarşı iş aparmaq və casusluq var.

BMT-nin Cenevrədəki iqamətgahında bəhailərin nümayəndəsi ittihamları əsassız adlandırıb.

O deyib ki. yeddi sabiq liderin başına gətirilənlər ümumiyyətlə İranda Bəhai icmasının vəziyyətini əks etdirir.

Bəhailərin hüquqlarını Nobel sülh mükafatı laureatı, vəkil Şirin İbadi də müdafiə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar