SON XƏBƏRLƏR

Məhbus fəalların müvəqqəti saxlanılma müddəti daha bir ay uzadıldı

2021.10.20, 07:36
Məhbus fəalların müvəqqəti saxlanılma müddəti daha bir ay uzadıldı

Gunaz.tv

GünAzTv: 3 Azərbaycanlı mədəni fəalın müvəqqəti saxlanılma müddəti daha bir ay uzadıldı.

 

May ayından bəri həbs edilən Əkbər Azad, Doktor Lətif Həsəni və Mahmud Fəzli cənabları, Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında daha bir ay gözləməli olacaqlar. 

 

GünAzTv mətbuat mərkəzinin HERANA-ya istinadən yaydığı məlumata görə, keçən həftə Cənab Əkbər Azadla görüşən ailəsi, onun ümumi səhhətinin yaxşı olmadığını bildiriblər. Cənab Azad 35 gün təknəfərlik kamerada saxlanıldıqdan sonra hazırda 2 nəfərlik kamerada saxlanılır. Onun vəkili hələdə öz müvəkkili ilə görüşməyə nail ola bilməyib.

 

Doktor Həsəninin yaxınları isə 10 gündür onun vəziyyətindən xəbərsiz olduqlarını bildiriblər. Məlumata görə, onlara Doktor Həsəni ilə görüş icazəsi verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar