SON XƏBƏRLƏR

Məhbus fəal elektrik şoku nəticəsində komaya düşüb

2021.10.20, 07:36
Məhbus fəal elektrik şoku nəticəsində komaya düşüb

Gunaz.tv

GünAzTv: Təbriz zindanında həbsdə saxlanılan milli-mədəni fəal, insan haqları müdafiəçisi cənab Yunis Süleymani elektrik şoku nəticəsində komaya düşüb.

 

Adını çəkdiyimiz milli-mədəni fəal elektrik şoku ilə işgəncə olarkən bihuş olub. O artıq bir həftədir xəstəxanada həkim nəzarəti altında saxlanılır.

 

Ailəsinin verdiyi məlumata görə, onun ümumi vəziyyəti ağırdır. Süleymaninin böyrəyi ağrıyır və bir müddət əvvəl cərrahi əməl olunub.

 

Xatırladaq ki, Yunis Süleymani Azərbaycanın tanınmış milli-mədəni fəallarındandır. O Həmədan Bu Əli Sina universitetinin türk dili ədəbiyyatı qurumunun sabiq sədri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar