Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Tarixi abidələr üzrə erməni mütəxəssis Samvel Karapetyan deyib ki, İranda "erməni mədəni abidələrinə çox böyük hörmətlə yanaşırlar.
Keçən saylarımızın birində xəbər vermişdik ki, ermənilər Güney Azərbaycanda "öz izlərini" axtarır. Bu işdə onlara Tehrandan yardım edilir. Azərbaycan türklərinə məxsus yer adları dəyişdirildiyi, onların tarixi abidələri dağıdıldığı halda, İslam Respublikası rəhbərliyi "ermənilərin tarixi abidələrinin" qorunması üçün yardım ayırır."Armtudey" xəbərində deyilir: tarixi abidələr üzrə erməni mütəxəssis Samvel Karapetyan deyib ki, İranda "erməni mədəni abidələrinə çox böyük hörmətlə yanaşırlar". Onun sözlərinə görə, "erməni kilsəsinə aid bütün abidələri sökməyə hazır olan Gürcüstandan" fərqli olaraq, Tehran "erməni kilsəsinə məxsus irsi" hörmət və qayğı ilə qoruyur.Karapetyan İranda apardıqları araşdırma haqda bildirir: "Bir ay ərzində biz İranın yüzə yaxın kəndində erməni abidələrini araşdırdıq. Qrupumuz Tehranın cənubundakı Qəzax, Kəmər, Periha, Yeni Cugədə fəaliyyət göstərdi. Bu yerlərdə biz erməni kilsəsinə aid 20-yə yaxın abidə aşkarladıq. Məlum oldu ki, ötən illər ərzində iranlılar onlara toxunmayıb. Bizə qum altında qalmış yeri göstərərək dedilər ki, orada gildən tikilmiş erməni kilsəsi olub".Erməni mütəxəssis onu da qeyd edib ki, gildən tikilsə də, həmin "erməni kilsəsi salamat qalıb". "Onların bəzilərindən məscid kimi istifadə edilib. Belələri daha yaxşı qorunub. Kilsələrin yanında isə "erməni abidəsidir" lövhələri asılıb. Kəndlilər bu abidələri dağıtmır. Bununla yanaşı, İran hakimiyyəti çoxsaylı erməni abidələrinin bərpası üçün vəsait ayırır", - deyə erməni mütəxəssis vurğulayıb.Erməni arxitekturasını araşdırma ictimai təşkilatı bu ilin yayında "İrandakı ermənilərin tarixi abidələrinin araşdırılmasına başlayacağını" bildirmişdi.Təşkilatın Yerevan şöbəsinin başçısı Samvel Karapetyan ona demişdi: "2010-cu il üçün nəzərdə tutulmuş ən iri layihə məhz ermənilərin İrandakı tarixi abidələrinin araşdırılmasıdır".Erməni informasiya mənbələri yazırdı: "Bu irimiqyaslı proqram Ermənistanın tarixi torpaqlarındakı, o cümlədən Qaradağ, Xoy, Salmast (əslində Salmasdır - S.S.) (erməni mənbəsinin qeyd etdiyi bu bölgələr Azərbaycanın qədim torpaqları, Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətidir - S.S.), eləcə də İrandakı başqa ərazilərdə erməni abidələrini araşdıracaq".S.Karapetyan qeyd etmişdi ki, layihə Tehrandakı "Vaçe Ovsepyan" dövlət muzeyi əməkdaşlarının birgə iştirakı ilə gerçəkləşdiriləcək. Onun sözlərinə görə, əvvəllər təşkilat özünümaliyyələşdirmə hesabına bu sayaq layihələr edirdisə, bu proqram Ermənistanın dövlət büdcəsi hesabına həyata keçiriləcək.Bu da belə. Necə deyərlər, şərhə ehtiyac yoxdurAzərbaycanda erməni idman festivalıİran rəhbərliyinin Azərbaycan türklərinə qarşı psixoloji basqısında belə bir əllaməliyə də şahid olduq. Türklərin bir yerə toplaşaraq problemlərindən danışmasını qısqanan İslam Respublikası rəhbərliyi ermənilərə qucaq açır. Bu azmış kimi, Tehran onların Güney Azərbaycan ərazisinə toplaşmasına şərait yaratmaqla, sanki Türk Dünyasına, özəlliklə Azərbaycana gözdağı verir.İyulun 29-da Güney Azərbaycanın Urmiya şəhərində dünya ermənilərinin idman festivalının açılışı olub. 10 günlüyə planlaşdırılan bu mərasim Urmiyanın Çarbaş məhəlləsində erməni icmasına məxsus idman klubunda davam edəcəyi gözlənir.Festivalda Ermənistan, Livan, İran, İraq, habelə Avropa və Amerika ölkələrində yaşayan ermənilər iştirak edir. Tədbir İran məclisi, İslam Respublikası Bədən Tərbiyəsi İdarəsi və iranlı ermənilər qurumu tərəfindən təşkil olunur. Mənbənin bildirdiyinə görə, keçənilki mərasimdə 2 min erməni iştirak edib. Onlar Urmiyanın ən bahalı sahilyanı mehmanxanalarında qalırlar.Makı şəhəri yaxınlığında bir Qarakilsə deyilən yer var. İran hakimiyyəti dünya ermənilərinin Güney Azərbaycan ərazisindəki bu kilsəyə toplaşaraq, siyasi mahiyyətli tədbir keçirməyinə şərait yaradır. Bu mərasimdə Tehran rəsmiləri də çıxış edir, "ermənilərin problemləri" və "soyqırım" kimi saxta tarixi hadisələrdən danışırlar.SözardıÖtən gün Azərbaycanın işğal altında olan ərazisində, daha dəqiq, Füzuli rayonunda yerləşən Azıx mağarasında dünyanın çeşidli ölkələrindən çağırılmış arxeoloqlarla birlikdə "elmi-araşdırma" işləri aparıldığı haqda məlumat yayıldı. Karapetyanın İran səyahəti əslində "tarixi abidələri aşkarlamaq" və onların vəziyyəti barədə məlumat toplamaq deyil, dünyaya ermənilərin "geniş arealını" nümayiş etdirmək cəhdidir.Qum altından çıxarılaraq, "erməni abidəsi" kimi təqdim edilən nələrəsə İslam Respublikası maliyyə vəsaiti ayırdığı halda, Azərbaycan türklərinə ana dilində dükan adlarını qoymağı belə çox görür."Canaz.TV"yə əsasən, İran Mədəniyyət Nazirliyinin saytında şirkətlərin istifadəsi üçün yasaqlanmış ingilis, ərəb, fransız, o cümlədən türk mənşəli sözlərin və adların siyahısı yerləşdirib. Orada deyilir:"Biz mağaza şüşələrində, ad lövhələrində, malların qablaşdırılmasında və s. bu kimi sahələrdə səlahiyyətli orqanlar, o cümlədən bələdiyyə, polis, fars dil və ədəbiyyatı qurumu, eləcə də şirkətləri qeydə alan idarələrlə əməkdaşlıq edərək, qeyri-farsların lüğətlərindən istifadə edilməsinə imkan verilməməsi haqda razılıq əldə etmiş və buna çalışırıq".Həmin sözlərdən bir neçəsi: Alma, Alış, Ana, Ay, Aylar, Aysuda, Burada, Aynaz, Barlı, Taysız, Dadlı, Dəniz, Cansu, Sona, Sevin, Qaratel, Birtanə və s."Amerikanın səsi" radiosunun məlumatına görə, nazirliyin səhifəsində təhriflərə də yol verilib. "Mədəniyyət" işçiləri "çərəz", "restoran", "sayan", "siz", "horand" kimi sözlərin farsca olduğunu iddia ediblər.Qurum yasaqladığı 662 addan Güney Azərbaycan türkləri üçün "Alma", "Ana", "Sona", "Dəniz" kimi adlardan ikisinə şərt daxilində icazə verib. Belə ki, "Aynaz" sözündən yalnız Güney Azərbaycan bölgələrində istifadəyə icazə verilir. İranın başqa əyalətlərində bu adın istifadəsi yasaqdır. İkinci isə "Kalber" kəlməsidir. Nazirliyin açıqlamasında deyilir ki, bu ad yanında "bu ad Sistan və Bəlucistan əyalətində bir kənd adıdır" qeydi yazıldıqdan sonra işlədilə bilər. S.Sədrəddin
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu