Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Fars rejimi ölkəmiz haqqında mənfi rəy yaratmaq üçün qərəzli süjet xətti olan kinofilmlərin istehsalını genişləndirib.Bir-iki gün əvvəl yayılan məlumata görə, azərbaycanlı aktrisa Xalidə Quliyeva İran kinomatoqrafçılarının çəkdiyi "Səkkizinci göy" bədii filmində əsas rollardan birini ifa edib. GünAzTv mətbuat mərkəzinin “xalq cəbhəsi” qəzetinə istinadən yaydığı məlumata görə, Aktrisa özü yerli mətbuata bildirib ki ssenari xüsusi olaraq onu nəzərdə tutaraq yazıldığından yaratdığı baş qəhrəmanın də adı Xalidədir. Filmin süjet xətti maraqlıdır. Azərbaycandan bir qadın iki övladı ilə İrana ziyarətə gedir. Orada təsadüfi hadisə nəticəsində oğlu xəstəxanaya düşür. Bütün hadisələr bundan sonra başlayır, filmin süjet xətti açılır: "Ekran əsərinin ideyası budur ki, insanlar bir-birinə yaxınlaşsa, kömək etsə, əl uzatsa, dayaq dayansa dərdlər, problemlər də olmaz". Ssenari müəllifi və rejissoru Həsən ağa Nəcəfinin olduğu filmin premyerası Tehranda baş tutacaq. Bu, Xalidə Quliyevanın İran kinematoqrafçılarıyla ikinci işbirliyidir.Xatırladım ki, 2-3 il əvvəl İran kinorejissorlarının Azərbaycanla bağlı hansısa oxşar süjetli film çəkdiyilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda qeyd olunan filmin süjetinin "Səkkizinci göy" bədii filminin süjet xəttinə bənzədiyi əksini tapmışdı. Guya İran vətəndaşına atəş açan Azərbaycan sərhədçisi hərbi xidmətdən sonra müalicə üçün Tehrana gedir. Orada atəş açdığı adamın yaxını sərhədçimizi müalicə edir və s. Filmin çəkilişindən xəbər tutan güneyli soydaşlarımızın hələ o zaman qəzetimizə məlumat vermişdilər ki, süjet xətti Azərbaycan dövlətinin, Dövlət Sərhəd Xidmətinin, sərhədçilərimizi, ümumiyyətlə, azərbaycanlıların əleyhinə yönəlib. Əldə etdiyimiz məlumatlara görə, həmin filmdə müxtəlif formalarda Azərbaycan Respublikasının vətəndaşları aşağılanır, cəmiyyətimiz yalnız qara yöndə təqdim olunur. Azərbaycanın dünyaya inteqrasiya, normal dövlət və cəmiyyət qurmaq siyasətinə iztehza edilir və s. Guya Qərbin müəyyən dairələrinin dəstəyilə 1979-cu ildə hakimiyyətə gələnlərin din adı altında qurduqları anormal cəmiyyət mənəvi cəhətdən Azərbaycan cəmiyyətindən yüksəkdə durur. Guya iki yüz illik imperiyadan qurtulmuş, yeni və müasir cəmiyyət quran Azərbaycan Respublikası İranın şovinizm və yalan xəstəliyinə düçar olmuş, çürüməkdə olan cəmiyyətindən geridədir. Bəs, belə filmlərin ortaya çıxmasının səbəbi nədir? Fikrimcə, özlərinin yalançılıqları, qaniçənliyi, xalqa divan tutmasıyla bolşevik-kommunistlərdən heç nəylə fərqlənməyən fars-teokratik quruluşu qonşuluğundakı dövlətlərdə normal cəmiyyət quruculuğundan əndişələnir. Çünki Azərbaycan Respublikasının demokratikləşməsi, sosial- rifah dövlətinə çevrilməsi, milli problemlərini həll etməsi İrandakı diktatura-teokratik rejimin maraqlarına ziddir....Azərbaycan torpaqlarının işğalı üçün qriqoryan Ermənistana birbaşa yardım göstərən "müsəlman" fars rejiminin məqsədi Azərbaycan türklərinin torpaqlarının zəbt olunmasına çalışmaqla yanaşı, bütövlükdə, cəmiyyətimizin dünyaya inteqrasiyasına, demokratikləşməsinə mane olmaq istəyir. Fars-teokratik rejimi düşünür ki, işğal faktı Azərbaycanı bir cəmiyyət olaraq inkişafdan qoyacaq. Fars rejimi qorxur ki, tarixi-milli torpaqlarımızın kiçik bir hissəsində öz dövlətçiliyini bərpa edən Azərbaycan Respublikası cəmiyyəti İranda, tarixi ərazilərimizdə yaşayan 35 milyon Azərbaycan türkünə mənəvi dayaq olacaq. Bu isə tarixin gedişini, regiondakı proseslərin inkişafını dəyişəcək. Azərbaycan cəmiyyətinin bütün bölgənin xalqları üçün mənəvi zirvə, inkişaf mərhələsi olmaq potensialı kifayət qədər çoxdur. Məhz buna görə də Rusiya kimi avtoritarlaşan dövlət, İran kimi teokratik-diktatura dövləti, Ermənistan kimi qondarma işğalçı dövlət torpaqlarımıza, millətimizə düşməncəsinə yanaşmaqdan əl çəkmir. ...Öz vətəndaşlarını dünya üzünə həsrət qoyan, bütün xalqları əzən teokratik (elə şah rejimi də) rejim öz "dövlətçiliyini" fars şovinizmi, türkə qarşı düşmənçilik üstündə qurur. Guya türkə qarşı düşmənçilik "fars dövlətçiliyini" qoruyacaq, xilas edəcək. Artıq 90 ildir ki, İranda hakimiyyəti ələ keçirən fars şovinizmi türkə düşmənçilik hissləriylə hərəkət etdiyindən azğınlaşıb, öz farslarına da qan uddurur. Elə "yaşıl hərəkat"a qanlı münasibət bunun bir nümunəsidir. "Yaşıl hərəkat"ın məğlubiyyətinin əsas səbəbi isə özlərini "demokratik mübariz" kimi qələmə verən fars-manqurt liderlərin Azərbaycan türklərinə şovinist (mollalar, şahpərəstlər kimi) münasibət bəsləmələridir. Guya Azərbaycan türklərini əzdikcə, sındırdıqca, həbs etdikcə farslar xoşbəxt olacaq? Guya qroqoryan Ermənistana birbaşa dəstək verib müsəlman Azərbaycanın torpaqlarını işğalın dəstək verəndə farslar xoşbəxt olacaq? Xeyr! "Xalqlar həbsxanası" olan Çar Rusiyasının, Sovet İttifaqının taleyi göz önündədir. Hətta İranın söydüyü Britaniya, Fransa kimi dövlətlər belə şovinizmdən imtina etməyə çalışırlar. Fars şovinizmi isə hələ də türk düşmənçiliyi üzərində yaşayır. İran əhalisinin yarısını təşkil edən türklərə qarşı bu münasibət orta əsrlərin vandalizmindən, qəsbkarlığından fərqlənmir. İndi də fars rejimi nüvə proqramını inkişaf etdirməkdən dəm vurur. Bu proqramın əsas məqsədinin nüvə silahı əldə etmək olması niyyəti aydındır, ortadadır. Amma başqa bir mühüm məsələ var. Türk düşmənçiliyi, öz xalqına qarşı qəzəb, din adı altında anormal bir ideologiya üzərində duran fars şovinizmi hansı ağılla bu nüvə proqramını idarə edəcək? Axı nüvə proqramları insanın ağlının inkişafı, insan azadlığıyla sıx bağlı olan bir proqresdir. İnsan azadlığı olmayan bir ölkədə nüvə proqramı necə inkişaf edə bilər? Bolşevik SSRİ nüvə silahı əldə etdi, nə oldu? Hakimiyyətdən getmədi? Nüvə proqramı və ya nüvə silahı İranın fars-molla rejiminin uzun illər ərzində hakimiyyətdə qalmasını təmin etməyəcək. Vallah, billah...Nüvə proqramının inkişafı üçün din adı altında yaratdığınız qondarma ideologiyadan imtina edib insan azadlığına imkan vermək lazımdır. Qondarma, yalançı, "inqilab ixrac edən", terroru himayə edən bir rejim hər hansı nüvə proqramını inkişaf etdirib, Almaniya, Fransa, ABŞ səviyyəsinə çatdıra bilməz. Nüvə proqramının inkişafı üçün mütləq və mütləq azad insan dərrakəsi lazımdır. "Xalqlar həbsxanası" olan İran bölgənin böyük dövlətlərindəndir. Amma məsələ ondadır ki, bu böyüklük öz xalqını əzən, qonşu dövlətlərə və xalqlara fars şovinizmi müstəvisində baxan teokratik rejimin əlində bir puça çevrilib. Neft istehsalına görə dördüncü, qaz hasilatına görə birinci yerdə duran İran fars-teokratik rejiminin şovinizmi ucbatından dünya iqtisadiyyatında payı cəmi bir faizdir. Təkcə bu rəqəmi əsas gətirərək, son 30 ildə hakimiyyətə gələn teokratik rejimin necə bir fəlakət olmasını aydın şəkildə göstərmək mümkündür. Xəstə şovinizm öz problemlərini həll etmək əvəzinə qonşuları barədə yalan-palanla dolu filmlər çəkməklə də məşğuldur.Bu filmlərdə yalnız və yalnız bir məqsəd var: Azərbaycan əleyhinə, quzeyli-güneyli türklər əleyhinə rəy yaratmaq. Ona görə də premyarası Tehranda keçiriləcək filmin Azərbaycanın mənafeyinə, milli və sosial maraqlarının əleyhinə yönəldiyini indidən iddia etmək mümkündür. İranı fars-teokratik rejiminin kinorejissorlara, kino sənətinə münasibəti "yaşıl hərəkatı" dəstəkləyən azərbaycanlı rejissoru həbs edərkən aydın göründü. Neçə-neçə İran kinorejissorları fars-teokratik rejiminin qəzəbinə düçar olaraq Avropada, ABŞ-da yaşayır. Onların çəkdikləri filmlər Qərbin ən yüksək mükaftlarına layiq görülsələr də Tehrana gələ bilmirlər, çünki onları "Ettellat"ın həbsxanalarında iəşgəncələr və qondarma ittihamlar gözləyir. Son illərdə İran Azərbaycan əleyhinə bir neçə film çəkib. Çox təəssüf ki, nə kino ictimaiyyəti, nə də hər hansı rəsmi struktur belə anti Azərbaycan filmlərinə mənfi reaksiyasını ortaya qoymayıb. Ehtimal ki, "Səkkizinci göy" bədii filmi də millətimizin, dövlətimizin əleyhinə olan filmlərdən biri olacaq. Məsələ orasındadır ki, bu filmləri biz görmürük. Həmin filmlər İranın öz daxilində göstərilir, bununla da Azərbaycana, azərbaycanlılara mənfi münasibəti stimullaşdırmağa cəhd gstərilir. Bizim bəxtimiz onda gətirir ki, İran əhalisi fars-teokratik rejiminin heç bir sözünə, filminə, kinosuna inanmır...Ancaq həmişə bəxtə güvənmək olmaz. Yaxşı olardı ki, İranın sistemli şəkildə Azərbaycan əleyhinə film istehsalının qarşısının alınması üçün tədbirlər görüləyədi, yaxud, geniş ictimai qınaq kampaniyası həyata keçiriləydi.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu