SON XƏBƏRLƏR

Ermənilərin az qala yarısı ölkəni tərk etmək istəyir

2021.10.20, 07:36
Ermənilərin az qala yarısı ölkəni tərk etmək istəyir

Gunaz.tv

GünAzTv: Sarkisyan hökumətinin ölkənin inkişafı ilə bağlı bəyanatlarının yalanı üzə çıxıb.

 

GünAzTv mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə, Ermənistan rəsmilərinin ölkənin inkişafı ilə bağlı verdiyi bəyanatların yalan olduğu üzə çıxıb. Məlum olub ki, Ermənistan əhalisinin az qala yarısı ölkəni birdəfəlik tərk etmək istəyir. “Gallup” araşdırma şirkətinin apardığı sorğunun nəticələri Ermənistanda vəziyyətin həqiqətən acınacağlı olduğunu göstərir. Hər halda Ermənistan vətəndaşlarının 39 faizinin vətənə qayıtmamaq şərti ilə xaricə üz tutmaq istəyi, habelə 44 faizin xaricdə işləmək istəməsi bir çox mətləblərin üstünü açır. Maraqlıdır ki, “Gallup”un araşdırmasında Ermənistan birinci sırada qərarlaşıb. Postsovet respublikaları ilə müqayisədə ölkəni ən çox tərk etmək istəyənlər məhz ermənilərdir. Ermənilərin ardınca moldovalılar gəlir. Onların 36 faizi ölkəni birdəfəlik tərk etmək, 53 faizi isə xaricdə işləmək niyyətindədir. Cənubi Qafqazın digər respublikalarına gəldikdə isə məlum olub ki, qonşu Gürcüstanda qayıtmamaq şərti ilə ölkəni əhalinin 14 faizi tərk etmək istəyir. Xaricdə işləmək arzusunu isə 34 faiz respondent ifadə edib. Azərbaycanda isə müvafiq olaraq 24 faiz xaricdə işləmək, 12 faiz isə ölkəni tərk etmək istəyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar