SON XƏBƏRLƏR

İsrail saxladığı türk gəmilərini buraxıb

2021.10.20, 07:36
İsrail saxladığı türk gəmilərini buraxıb

Gunaz.tv

GünAzTv: İsrail hökuməti “Azadlıq donanması”nın tərkibində Qəzzaya humanitar yük apararkən İsrail hərbçiləri tərəfindən saxlanılan və müsadirə edilən Türkiyəyə məxsus mülki gəmiləri buraxıb.“Mavi Mərmərə” teploxodu avqustun 5-də Hayfa limanından Türkiyəyə doğru yol alıb. Aşdod limanında saxlanılan “Qəzza” və “Dəfnə” adlı gəmilər isə bu gün Türkiyəyə göndəriləcək. Xatırladaq ki, mayın 31-də Qəzzaya humanitar yük aparan “Azadlıq donanması”nı gəmiləri İsrail ordusunun xüsusi təyinatlı dəstələri tərəfindən saxlanılıb. “Mavi Mərmərə” gəmisinə enən İsrail əsgərləri 9 türkü öldürüblər. BMT olayın araşdırılması üçün komissiya yaradıb.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar