Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Bu tarixi bazar kompleksi YUNESKO-nun Braziliyada keçirilən 34-cü yığıncağında dünyanın mədəni irsi siyahısına salınıb.
İran hakimiyyətinin vergiləri 2,5 dəfə artırmasıyla bağlı qərarına ötən ay Təbriz bazarı da etirazını bildirmişdi.Bu bazar həmişə ölkədə baş verən hadisələrə təsir etmək gücündə olub. Məşrutə hərəkatında, Xiyabani üsyanında, 1945-46-cı illərdə Azərbaycan Milli Hökumətinin zamanında, 1978-ci ildə, 1979-cu il fevral inqilabından öncə baş vermiş Məhəmmədrza şaha qarşı Təbriz üsyanında, 1979-cu ilin fevral inqilabında ictimai fikrin yayılmasında əvəzsiz rol oynayıb. Ayətullah Xomeyni hakimiyyətə gəldikdən sonra komandası bazarın aparıcı rolunu azaltmaq üçün müxtəlif tədbirlərə əl atdılar, vergiləri artırdılar, alternativ ticarət şəbəkələri yaratdılar. Bu siyasət indi də davam etməkdədir. Aparılan bu siyasət ucbatından son 30 ildə bazarın, xüsusilə Təbriz bazarının olaylara təsir imkanının get-gedə azalması müşahidə olunur. Ancaq bütün bunlara baxmayaraq, onun təsiredici gücünü hələ də tam tükədə bilməyiblər. Doğrusu, məqsədimiz heç də Təbriz bazarının ölkədəki siyasi-iqtisadi və milli-mədəni proseslərə təsir imkanını araşdırmaq deyil. Bu tarixi bazar kompleksi YUNESKO-nun Braziliyada keçirilən 34-cü yığıncağında dünyanın mədəni irsi siyahısına salınıb. Onu da qeyd etmək lazımdır ki, BMT-nin tarixində ilk bazardır ki, mədəni irs siyahısına daxil edilir. Xatırladaq ki, Şövkət Tağızadə, Əkrəm Rəhimli və Səməd Bayramzadənin həmmüəllifliyilə işıq üzü görmüş "Güney Azərbaycan" kitabında Təbriz bazarı haqda belə məlumat verilib: "Yaxın və Orta Şərqin ən qədim, memarlıq baxımından cazibədar bazarlarındandır. Bu bazarın inşası barədə tarixi qaynaqlarda məlumat yoxdur. Ehtimallara görə, Təbriz bazarı eramızın IV əsrində tikilib". Rusiya mənbələri isə bildirib ki, bazar haqda ilk dəfə XIII əsrdə məlumat verilib. Qədim "İpək yolu"nun üstündəki bu bazarda dünyanın çeşidli ölkələrindən olan tacirlərə rast gəlinirmiş. Qacar sülaləsi hakimiyyətə gəldikdən sonra 1848-ci ilədək Azərbaycan əyalətində (o vaxt Güney Azərbaycan bölgələrə parçalanmamışdı və bir ad altında tanınırdı) dövlət xidmətində olmuş Mirzə Tağıxan tərəfindən əsaslı şəkildə bərpa edilmiş və genişləndirilmişdi. Bundan sonra da bazar Asiya və Avropa tacirlərinin sövdələşmə yerlərindən biri oldu. Böyük bazarın daxilində bir neçə bazar yerləşir: Əmirbazar, Başmaqçılar bazarı. Rastabazar, Köhnə Rasta bazar, Hacı Məhəmməd Hüseyn bazarı, Müşür bazarı, Səfi bazarı və s. Təbrizlilər deyir ki, Təbriz bazarını görməyən deməli heç Təbrizi də görməyib. Mütəxəssislər min ildən artıq tarixi olan bu alış-veriş mərkəzinin arxitekturasının İslamdan əvvəl və ondan sonrakı Azərbaycan memarlığının özəlliklərini yığcam şəkildə özündə əks etdirdiyini söyləyirlər. Relyef və coğrafi cəhətdən şəhərin mərkəzində yerləşən bu nəhəng tarixi bazar həm də altı xiyabanın əhatəsindədir. Təbriz bazarı 15 kvadratmetr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km-dir. Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir. Hazırda bazar alış-veriş mərkəzi olmaqla yanaşı, hakimiyyət orada çeşidli dini-ideoloji tədbirlər keçirir. İki il öncə Şərqi Azərbaycan əyalətinin turizm, əl işləri sənayesi və mədəni irsin qorunması təşkilatının sədri Turab Məhəmmədi jurnalistlərə açıqlamasında tarixi Təbriz bazarı haqda sənədli film çəkiləcəyini bildirmişdi. Ancaq özündə uzun illərin tarixini yaşadan bu bazar da Güney Azərbaycanın başqa tarixi abidələri kimi, hakimiyyət ona da laqeyd müynasibət bəsləməkdədir. Təxminən 9 ay öncə Təbriz bazarında yanğın baş verib. Yanğın bazarın "İki qapı" adlı zinət əşyaları və dəri məmulatları satılan bölməsində başlayıb. Yanğın güclü olduğundan yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkib, yüzdən artıq mağazaya ziyan dəyib. Mağaza sahibləri öz mallarını mağazalardan çıxarmağa cəhd göstərsələr də, dükanlar da, mallar da yanaraq külə dönüb. Yanğını üç saatdan sonra söndürmək mümkün olub. Bir müddət əvvəl isə yerli hakimiyyət bazarın "Bağmeşə" qapısı və "Samavarçılar" bazarının dağıdılması haqda göstəriş vermişdi. Tarixi-mədəni irsi qoruyan ayrı-ayrı şəxslər və qurumlar Təbriz bələdiyyəsindən həmin yerlərin təmiri üçün icazə istəyəndə yerli məmurlardan "oranın dəyərsiz"liyi və "bazarı dağıtmaqda davam ediləcəyi" cavabını alıblar. Ötən bu illər ərzində Tehran hakimiyyəti bazarın bərpası və təmiri məqsədilə maliyyə vəsaiti ayırmayıb. Yeri gəlmişkən, Güney Azərbaycandakı Urmiya gölü də 1967-ci ildə YUNESKO tərəfindən qoruq elan olunub. Bundan başqa, BMT-nin bu qurumu bu gölü qorunan təbii ərazilər sırasına daxil edib. Amma təəssüf ki, Urmiya gölü dünyanın gözü önündə quruyur. Nə Tehran hakimiyyəti, nə YUNESKO boynuna düşəni yerinə yetirmir. Elə Təbriz bazarını da bu aqibətin gözlədiyi ehtimalı az deyil. Bu arada Güney Azərbaycanın şərq əyalətinin sənaye-texniki şurasının sədri Turab Məhəmmədi bildirib ki, Azərbaycan xalçasının dünya şöhrəti var və bu səbəbdən onun mədəni irs kimi dünyada əbədi qalması üçün hazırda lazımi tədbirlər görülür: "Hazırda Azərbaycan xalçasının YUNESKO-da mədəni irs kimi qeydiyyata alınması üçün lazımi sənədlər toplanır. İyulun 12-də də Təbriz şəhərində Azərbaycan xalçasının milli irs kimi qeydiyyataalınma mərasimi keçirilmişdi". Qeyd edək ki, Hülaku xan dövründə Təbriz xalça istehsalı və satışı mərkəzlərindən biri olub. Təbriz tacirləri Qacar dövrünün ortalarında xalça ixracatında böyük rol oynayıblar. Təbrizdə toxunan xalçalar üzərində əsasən şah Abbas, balıq, ağac, güldan, ləçək, Şeyx Səfi və Quba kimi naxışlardan istifadə olunur. Xalq cebhesi
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu