SON XƏBƏRLƏR

Türkiyənin cənub-şərqindən terror xəbərləri gəlir

2021.10.20, 07:36
Türkiyənin cənub-şərqindən terror xəbərləri gəlir

Gunaz.tv

GünAzTv Ağrı, Hakkari, Van, Diyarbəkir və Türkiyənin cənub-şərq bölgələrində Terrorçularla Təhlükəsizlik Qüvvələri arasında qanlı toqquşmalar yaşanıb.

Ağrı vilayətinin Doğubəyazit qəsəbəsində təhlükəsizlik qüvvələri ilə terrorçular arasındakı toqquşmada bir əsgər şəhid olub, 4 əsgər yaralanıb. Bölgədə atışma davam edir.

Hakkari vilayətinin Depin səmtində isə terror aktı həyata keçirməyə hazırlaşan bir qrup terrorçu kameralarla təsbit edib. Xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınan terrorçularla toqquşmada 3 terrorçu öldürülüb.

Vanın Çaldıran qəsəbəsində bir qrup terrorçu bəzi dövlət binalarına uzun mənzilli silahlardan atəş açıb.

Təhlükəsizlik qüvvələrinin qarşılıq verməsi ilə başlayan atışmada 3 terrorçu öldürülüb. Toqquşmada qəsəbənin polis rəisi ilə bir polis məmuru yaralanıb. Qaçan 2 terrorçunun yaxalanması üçün bölgədə əməliyyat başladılıb.

Diyarbəkirin Ərqani qəsəbəsində isə partlayıcı yüklü avtomobillə aksiya keçirməyə hazırlaşan 2 terrorçu yaxalanıb.

Diclə qəsəbəsində isə axşam saatlarında polis nöqtəsinə edilən hücumdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma olub. Terrorçuların ilk atəşi nəticəsində 2 təhlükəsizlik əməkdaşı yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar