SON XƏBƏRLƏR

Türkiyədə türk ölkələri arasında qeyri-rəsmi zirvə görüşü başlayıb

2021.10.20, 07:36
Türkiyədə türk ölkələri arasında qeyri-rəsmi zirvə görüşü başlayıb

Gunaz.tv

GünAzTv: Məmmədyarov, Kanat Saudabayev və Ruslan Kazakbayev arasında qeyri-rəsmi görüş keçirilib.

Toplantının ilk günündə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirləri Əhməd Davudoğlu, Elmar Məmmədyarov, Kanat Saudabayev və Ruslan Kazakbayev arasında qeyri-rəsmi görüş keçirilib. Daha sonra nazirlər mətbuat konfransı keçirib.

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu il İstanbulda “Türk Dünyası Əməkdaşlıq Şurası”nın yaradılacağını bildirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Əhməd Davudoğli ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdiklərini deyib. Nazir problemin həlli istiqamətində Ankaranın göstərdiyə səylərə görə, Əhməd Davudoğluna minnətdarlığını bildirib. Qeyd edək ki, bu gün də davam edəcək zirvədə Əhməd Davudoğlunun həmkarları ilə təkbətək görüşü planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar