SON XƏBƏRLƏR

Qırğızıstanda kütləvi yürüş keçirilir

2021.10.20, 07:36
Qırğızıstanda kütləvi yürüş keçirilir

Gunaz.tv

GünAzTv: Qırğızıstanda keçmiş prezidentliyə namizəd Urmat Barıktobasovun tərəfdarları müxalifət qurultayına qatılmaq üçün İssık-Kul vilayətindən paytaxt Bişkekə doğru yürüşə başlayıblar. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər yayıb.Şahidlərdən biri Barıktobasovun tərəfdarlarının yüzə yaxın mikroavtobus və avtomobillə Bişkekin 30 kilometrliyindəki Kant şəhərindən keçdiklərini deyib. Yol polisi karvanı dayandırmağa çalışsa da, bun nail ola bilməyib. Bişkekin mərkəzində isə Barıktobasovun tərəfdarlarının mitinqi keçirilir. Aksiya iştirakçıları müvəqqəti hökumətin istefasını tələb edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar