SON XƏBƏRLƏR

Azərbaycan ziyalıları Təbrizdə olub

2021.10.20, 07:36
Azərbaycan ziyalıları Təbrizdə olub

Gunaz.tv

GünAzTv: Təbriz şəhərindəki Şəhriyar Ədəbi Məclisinin dəvəti, “Qafqaz Media” İctimai Birliyinin dəstəyi ilə bir qrup azərbaycanlı ziyalı Təbrizdə olub.

Azərbaycanlı ziyalılar Təbrizdə Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini ziyarət etdikdən sonra şairin adını daşıyan ədəbi məclisdə görüş keçirilib. Ədəbi məclisin sədri Ağayi Şahbazi, məclis üzvü xanım Əzəm Rza Çayi, iş adamları Maqsud Xeyirxah, Sultanəli Pur Kazım Bakıdan gəlmiş qonaqları salamlayıb, belə görüşlərin əhəmiyyətini vurğulayıb. Azərbaycanlı şairlər Zərəngiz Dəmirçi Qayalı, Mir Emin Həsənzadə, Azadə Abbasqızı, tarix üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva, yazıçı-publisistlər Nübar Həkimova, Hicran Qarabağlı Təbrizdə ustadları yad etmişlər. Hələ ötən əsrdə xalq şairləri Süleyman Rüstəm və Bəxtiyar Vahabzadənin ustad M.Şəhriyarla, Səhəndlə məktublaşmalarını yada salıb, onların Vətən həsrətli şeirlərindən nümunələr söyləyiblər. Görüş çərçivəsində keçirilmiş poeziya məclisində şairlər öz şeirlərini oxuyublar. Şəhriyar ədəbi məclisinin sədri Ağayi Şahbazi tərcüməçi Mirzə Rəsul İsmayılzadənin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr etdirdiyi “Şəhriyarın divanı” kitabını qonaqlara hədiyyə edib. Bakıdan gəlmiş qonaqlar Tehranda İmam Xomeyninin məqbərəsini, Nişapurda orta əsrdə yaşamış dahi filosof-şair, rübai ustası Ömər Xəyyamın, görkəmli astronom alim Əttar Nişapurinin, tanınmış nəqqaş, xəttat Kəmal-ül-Mülkün məqbərələrini ziyarət ediblər. Səfər çərçivəsində Rəşt, Qum, Məşhəd və digər müqəddəs yerlər ziyarət olunub. Bakılı qonaqlar Təbriz şəhərində qocaman şair Əli Nəzmi və Hacı Ağayi Rəsuli ilə də görüşmüş, onların dəvəti ilə şeir məclisində iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar