SON XƏBƏRLƏR

Ankara-Moskva arasında əməkdaşlıq genişlənir

2021.10.20, 07:36
Ankara-Moskva arasında əməkdaşlıq genişlənir

Gunaz.tv

GünAzTv: Ölkələr Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması çərçivəsində əməkdaşlığı davam etdirirlər.

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Türkiyə və Rusiya Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması çərçivəsində əməkdaşlığı davam etdirirlər. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu RİA Novosti agentliyinə müsahibəsində bildirib.

 Nazirin sözlərinə görə, hər iki ölkə istər ikitərəfli, istərsə də beynəlxalq formatda Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına konstruktiv töhfə verir. Türkiyə və Rusiyanın 2001-ci ildə Avrasiya məkanında ikitərəfli əməkdaşlıq üzrə Fəaliyyət Planını imzaladığını bir daha diqqətə çatdıran Əhməd Davudoğlu deyib ki,  bunun  məqsədi postsovet məkanında iqtisadi inkişaf və siyasi sabitliyə töhfə verməkdi. Türkiyə-Rusiya əlaqələrinin də əsaslı şəkildə dəyişməsində bu planın böyük əhəmiyyəti olub. İndi, iki ölkə təkcə Qafqazda deyil, habelə Balkanlar, Yaxın Şərq və Orta Asiyada da problemlərin həlli üçün sıx əməkdaşlıq edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar