SON XƏBƏRLƏR

Son aksiyada tutulanlardan daha birinin kimliyi bəlli olub

2021.10.20, 07:36
Son aksiyada tutulanlardan daha birinin kimliyi bəlli olub

Gunaz.tv

GünAzTv: Təbrizdə avqustun 1-də (mordadın 10-u) keçirilən etiraz aksiyasında onlarla tutulan soydaşlarımızdan daha birinin kimliyi müəyyənləşib.

 

Məlumata görə, milli-mədəni fəal cənab Məhəmmədtağı Əsədiyan tutulanlardan biridir.

 

Cənab Məhəmmədtağı Əsədiyan Səhənd stadyomunun (stadion) önündə məmurlar tərəfindən yaxalanıb. Hələlik bu barədə geniş məlumat yoxdur.

 

Xatırladaq ki, sözü gedən aksiya İran Futbol Federasiyasının “Traxtur” haqqında çıxardığı ədalətsiz qərar və Tehranın Azadi stadyomunda “Traxtur-Piruzi” müsabiqəsi zamanı “Piruzi” tərəfdarlarının Azərbaycan türklərinə qarşı təhqiramiz şüarları ilə bağlı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar