SON XƏBƏRLƏR

İran S-300 zenit-raket kompleksləri əldə edib

2021.10.20, 07:36
İran S-300 zenit-raket kompleksləri əldə edib

Gunaz.tv

GünAzTv: İran 4 ədəd S-300 zenit-raket kompleksi əldə edib. 2 kompleks Belarusdan, digər ikisi isə adı açıqlanmayan bir ölkədən alınıb. Bu barədə APA “Associated Press”ə istinadən xəbər yayıb.Xatırladaq ki, 2007-ci ildə Rusiya ilə İran arasında C-300 zenit-raket komplekslərinin alqı-satqısına dair müqavilə imzalanmışdı. Bu müqaviləyə əsasən Rusiya İrana 5 ədəd C-300 PMU-1 “Favorit” zenit-raket kompleksi satmalı idi. Lakin bu müqavilənin reallaşması dondurulub. Rusiya 2009-cu ildə “texniki səbəblər”lə əlaqədar bu kompleksləri İrana göndərməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar