SON XƏBƏRLƏR

Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yürüş keçirilir

2021.10.20, 07:36
Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yürüş keçirilir

Gunaz.tv

GünAzTv: Bu gün Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş izdihamlı yürüş keçirilir. Yürüş Ağdamdan Milli qəhrəmanın doğulduğu Biləsuvara doğru təşkil olunub. Bir müddətdən sonra onlar Biləsuvar ərazisinə çatacaq.

Yürüş zamanı yüzlərlə insanın Mübariz İbrahimovun mübarizliyinə həmrəy olduqlarını nümayiş etdirib. Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov iyun ayının 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.Qeyd edək ki, Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə, gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar