Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Huşəng Əsədi şah rejimi və islam hökuməti zamanında gördüyü işgəncələrin fərqini anladır.
Huşəng Əsədi İranda şah hakimiyyəti zamanı da, ondan sonrakı islam hökuməti dövründə də bu ölkədə həbsxanaya atılıb. Ən maraqlısı isə o, Şahın zamanında onun həbsxana yoldaşı İranın indiki ali dini rəhbərli Ayətullah Əli Xameneyi olub. İndi Fransada yaşayan 59 yaşlı keçmiş siyasi fəal və ölkəsində tanınmış jurnalist olan Huşəng Əsədi bu yaxınlarda «Mənə işgəncə verənə məktublar» adlı kitab çap etdirib. O kitabında Şah zamanında və indi İran həbsxanalarında işgəncə metodları, o zamankı həbsxana yoldaşı Xameneyinin vədlərindən bəhs edir. “Azadliq” radiosunun əməkdaşı Gülnaz Esfandiyarinin Huşəng Əsədi ilə müsahibəsini qısa ixtisarla təqdim edirik:
- Siz 1970-ci illərdə - Şah rejimi zamanı da, ondan 10 il sonra islam hakimiyyəti zamanı da İranda həbsxanada işgəncələrə məruz qalıbsınız. Bu hakimiyyətlərin hansında vəziyyət daha pis idi, onların müqayisəsini apara bilərsinizmi?
- Şah hakimiyyəti zamanı həbsxanada mənə işgəncə verməmişdilər. Sadəcə bir dəfə üzümə vurdular. Amma o zaman mən dostlarıma necə işgəncə verildiyinin şahidi olmuşam.İslam Respublikası zamanı isə mən həbsxanada müxtəlif işgəncələrə məruz qaldım. Əsas fərq odur ki, indi ideoloji aparat var, o zaman bu yox idi.Şah hakimiyyəti zamanı zabitlər işlərini görürdülər, onların əsas məqsədləri məhbusdan informasiyanı almaq idi, təəssüf ki, bunun üçün işgəncədən də istifadə edirdilər. İndiki İslam Respublikasında isə müstəntiqlər həddən artıq ideoloji yüklüdürlər, ya da özlərini belə göstərməyə çalışırlar. Onların birinci gördükləri iş məhbusu işgəncələr yolu ilə sındırmaqdır. Ondan sonra nələrisə soruşa bilərlər. Sanki məhbusdan nəyisə öyrənmək onlar üçün ikinci dərəcəli işdir. Ona görə də indi İran həbsxanalarında işgəncə həddən artıq geniş yayılıb. Bunu Şah zamanı ilə müqayisə etmək belə mümkün deyil.
- 1974-cü ildə Siz sonradan İranın Ali dini rəhbəri olmuş Ayətullah Əli Xameneyi ilə eyni həbsxana otağında saxlanıbsınız. Kitabınızda onu gözəl insan, ədəbiyyatı sevən, zarafatcıl biri kimi tanıdırsınız. Bir çoxları da bu təsvirinizə görə Sizi tənqid edirlər. O zaman gördüyünüz Xameneyi haqqında bizə bir qədər ətraflı danışa bilərsinizmi?
- Mən kitabımda 40 il əvvəl gördüyüm Xameneyi haqqında yazmışam. Ondan sonra çox şeylər dəyişib. Mən o zaman gördüyüm Xameneyi haqqında tənqidi bir şey yaza bilməzdim. Kitabımda yazdıqlarımın hamısı o zaman gördüklərimdir. O zaman mən görəndə Xameneyi gülərüz, həqiqi inancı olan, Quran oxuyan, hiss-həyəcanlı bir insan idi. Ədəbiyyatı çox sevirdi, ümumilikdə çox pozitiv insan idi. O, hakimiyyətə gələndən dünya çox dəyişib. Mənim kitabımda təsvir etdiyim adamla, indi hakimiyyətdə olan adam arasında fərq əslində həm də işgəncələrə məruz qalan bir məhbusun necə işgəncə aparatına rəhbərlik edən, başqalarına işgəncə verən bir kimsəyə çevrildiyini göstərir.
- İndi qarşılaşsanız, Xameneyiyə nə deyərdiniz?
- 1975-ci ildə bir soyuq qış günü məni həbsxanada Xameneyi ilə eyni otağa saldılar. Çox arıq bir adam idi, soyuqdan tir-tir əsirdi. Mən əynimdən köynəyimi çıxarıb ona uzatdım. Əvvəlcə almaq istəmədi, sonra götürdü. Bir-birimizi qucaqlayıb ağlaşdıq. O, göz yaşları içində mənə dedi: «Huşəng, İslam hakimiyyətə gələndən sonra bir damla da göz yaşı axmayacaq». İndi onu görsəm soruşardım: «Cənab Xameneyi, o gün dedikləriniz yadınızdadır? İndi Siz İran tarixinin ən güclü hökmdarına çevrilibsiniz, daha göz yaşları axmır? Yoxsa əksinə, biz İran tarixində bənzəri olmayan faciələrin şahidləri oluruq?»
- Kitabınızda yazırsınız ki, «Həmid Qardaş» dediyiniz müstəntiqin fiziki və psixoloji işgəncələrinə məruz qalaraq, sonra Britaniya və Rusiya kəşfiyyatına işlədiyinizi guya boynunuza alıbsınız. Bu işgəncə texnikaları haqqında bir qədər ətraflı danışa bilərsinizmi?
- Kitabımda ətraflı yazmışam, burada qısaca deyə bilərəm. Faktiki olaraq, o, özü üçün bir ssenari yazmışdı və sonunda məni özünün həmin ssenarisinə uyğun guya etiraflar etməyə məcbur edirdi. Fiziki işgəncələr sonradan zamanla sağalır, o zaman aldığım psixoloji işgəncələrin ağrı-acısını hələ də unuda bilmirəm.Mənu «murdar casus» adlandıraraq döyürdü. Bir dəfə özünü elə göstərdi ki, guya mənim arvadım onun əlindədir, onu zorlayır. Bunu, eləcə də dostlarıma işgəncə verərəkən onların bağırtılarını heç vaxt unuda bilmirəm. Bunlar mənim özümün fiziki işgəncələrə məruz qalmağımdan daha dözülməz idi.
- Yazırsınız ki, sonradan Sizə işgəncə verən Həmid Qardaşın İranın Tacikistanda səfiri olduğunu görübsünüz. O, indi hardadır, kitabınızı ona da göndərəcəksinizmi?
- Mən onun haqqında «Amerikanın səsi» televiziyasında danışandan və şəkillərini göstərəndən sonra onun yerini dəyişdilər. İndi nə iş gördüyünü bilmirəm. Çox istərdim ki, bu kitabı o da oxusun. Kitab ingilis dilindədir. Yaxınlarda onu fars dilində də çap etdirəcəm. Əminəm ki, İranın indiki sistemində hardasa bu kitab ona çatacaq. Ümid edirəm ki, oxuyub bundan sonra bir daha kiməsə işgəncə verməyəcək.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu