SON XƏBƏRLƏR

Rəsmi Tehran Braziliya prezidentindən narahatdır

2021.10.20, 07:36
Rəsmi Tehran Braziliya prezidentindən narahatdır

Gunaz.tv

GünAzTv: İran Xarici İşlər Nazirliyi Braziliya prezidenti Luiz Inasio Lula da Silvanın İranda daşqalaq edilməklə ölüm cəzasına məhkum edilmiş qadına sığınacaq haqqı tanımaqla romantik hərəkətə yol verdiyini və hadisəni tam bilmədiyini bildirib.

 

Nazirliyin sözçüsü Ramın Mehmanpərəst ölkəsinin mövqeyini bu şəkildə ifadə edib: «Lula da Silva çox humanist və romantik bir insandır və şübhəsiz ki, bu hadisə ilə əlaqədar ona kifayət qədər məlumat verilməyib. Edə biləcəklərimiz hadisəni anlaması üçün cinayət törətmiş bu qadının işi ilə bağlı detalları Lula da Silvaya çatdırmaq ola bilər».

Qeyd edək ki, Lula da Silva İran prezidenti Mahmud Əhmədinecata Braziliyanın Sakinə Məhəmməd Aştıyaniyə sığınacaq verməsinə icazə verməsi üçün çağırış etmişdi. İslam dininin tələbləri baxımından zina edərək ağır cinayət törətməkdə ittiham olunan Aştiyani həyatının beş ilini həbsdə keçirib. O, irəli sürülən ittihamları rədd edir. Buna baxmayaraq İran məhkəməsi iki uşaq anası olan Aştıyaninin daşqalaq edilərək öldürülməsi barədə qərar çıxarmışdı. Bu qərar beynəlxalq ictimaiyyətin sərt etirazları ilə qarşılaşmışdı. Son məlumatlara görə, Aştiyani haqqında daşqalaq hökmü ləğv edilsə də, ölüm hökmü hələ də qüvvədədir.

İslam dininin  tələblərinə görə, zina edən qadın  daşqalaq edilərək öldürülməlidir. Amma son illər beynəlxalq aləmdə böyük təpki ilə qarşılanan belə qərarlar sonunda ölüm cəzasının başqa forması, xüsusən asılma ilə əvəz edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar