SON XƏBƏRLƏR

“CanAzTV” peyk vasitəsilə yayımlanacaq

2021.10.20, 07:36
“CanAzTV” peyk vasitəsilə yayımlanacaq

Gunaz.tv

GünAzTv: Bu gün “Can Azərbaycan Televiziyası”nın (“CanAzTV”) rəhbərliyi Bakıda mətbuat konfransı keçirib. Konfransda məlum olub ki, 2011-ci ilin əvvəlindən “CanAzTV”nin “TürkStat” vasitəsilə peyk yayımına keçidi planlaşdırılır. Bu barədə  Lent.az məlumat yayıb.

 İlk öncə Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlı çıxış edərək “CanAzTV”nin yaranması barədə danışıb. O, adıçəkilən televiziyanın Türkiyədə yaşayan, əslən Azərbaycandan olan İzmir Kültür Mərkəzinin sədri Camal Məmmədxanoğlu tərəfindən yaradıldığını bildirib.Çıxış edən İzmir Kültür Mərkəzinin sədri Camal Məmmədxanoğlu bundan əvvəl “FM Azərbaycan” radiosunu yaratdığını bildirib. Sonra isə Türkiyənin müxtəlif şəhərlərini əhatə edən telekanalları görüncə, Qars və İqdırda, ümumilikdə Türkiyədə yaşayan 3 milyon azərbaycanlı üçün “CanAzTV”ni yaratmaq ideyasını düşünüb. C.Məmmədxanoğlu bu il fevralın 1-də internetlə yayımlanmağa başlayan televiziyanın təkcə Türkiyədə yaşayan 3 milyon azərbaycanlı deyil, bütün dünyada yaşayan 50 milyon azərbaycanlıya hədəfləndiyini bildirib. “Hazırda bizim televiziyanı gündəlik olaraq internetlə 55-56 min insan izləyir” – deyə, o əlavə edib.C.Məmmədxanoğlu yaxın müddətdə İzmirdə fəaliyyət göstərən “Kanal 35” televiziyasının sutkada iki saatlıq efir vaxtını icarəyə götürərək orada yayımlanmağı planlaşdırdıqlarını da bildirib. 2011-ci ilin əvvəlindən isə “CanAzTV”nin “TürkStat” vasitəsilə peyk yayımına keçidi planlaşdırılır.Tədbirdə çıxış edən “CanAzTV”nin baş direktoru, Azərbaycanın Əməkdar jurnalisti Ramiz Əskər telekanalın “TürkStat” vasitəsilə peyk yayımı ilə bağlı “Çiyin-çiyinə verib “CanAzTV”mizi göyə çıxaraq!” adlı kampaniyaya başladıqlarını bildirib: “Bu kampaniyaya maddi, mənəvi, professional dəstək vermək hər bir azərbaycanlının müqəddəs borcudur. Hamını bu kampaniyaya qoşulmağa çağırırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar