Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Rusiya və Ermənistanın Gümrüdəki 102-ci hərbi baza barədə müqaviləni təzələməyə hazırlaşması bölgədə çox təhlükəli proseslərin başlanğıcı ola bilər. Kreml prezident Dmitri Medvedyevə "Rusiyanın Cənubii Qafqazdakı maraqlarını daha sabit və intensiv şəkildə müdafiə" ilə yanaşı, Ermənistan silahlı qüvvələri ilə yanaşı İrəvanın təhlükəsizliyinin təminatını təklif edir. Gümrü bazası ilə bağlı müqavilənin müddəti 2044-cü ilədək uzadılacaq. Sonra isə anlaşmanın vaxtı hər beş ildən bir avtomatik artırıla bilər. Rusiya XİN-in kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr departamentinin dünən yaydığı açıqlamada bildirilir ki, RF-nin Ermənistanda hərbi bazasının yerləşdirilməsi barədə müqaviləyə önəmli dəyişikliklər edilməsi barədlə müvafiq protokol prezident Dmitri Medvedyevə təqdim olunub. "Gümrüdəki hərbi baza bundan belə Rusiya Federasiyasının maraqlarının müdafiəsi ilə yanaşı, Ermənistanın silahlı qüvvələri ilə bu ölkənin təhlükəsizliyini təmin edəcək", - Rusiya XİN-in açıqlamasında deyildi. Bunun məhz nədən ibarət olacağı barədə protokolda heç nə deyilmir. Rusiya və Ermənistanın Müdafiə nazirlikləri sənədlə bağlı hər hansı formada açıqlama verməkdən yayınıblar. Kremldən sızdırılmış məlumatlarda isə vurğulanır ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək üçün İrəvanı müasir və ölkənin silahlı qüvvələrinin alışdığı hərbi (xüsusi) texnika, silah, sursat və amunisiya ilə təmin edəcək. "Müqavilə 49 il ərzində qüvvədə olacaq və sonrakı dövrdə hər beş ildən bir müddəti avtomatik uzadılacaq. Bir şərtlə ki, tərəflərdən biri növbəti müddətin başa çatmasına 6 ay qalana qədər sənədin qüvvədə olmasını dayandırmaq istəyi barədə yazılı müraciiət etməsin", - protokolun layihəsində bildirilir. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası 1995-ci ildən bəri Gümrü şəhərindədir. 5 min rus hərbçisinin xidmət etdiyi baza "C-300 PMU 2" zenit-raket kompleksləri və "MiQ-29" qırıcıları ilə təchiz olunub. 1995-ci ildə imzalanmış müqavilənin şərtlərinə görə, baza 2015-ci ilədək Ermənistan ərazisində qalmalı idi. Rusiya rəhbərliyi sözügedən protokolu ratifikasiya edərsə, Gümrüdəki baza ən azı 2044-cü ilədək Ermənistanda qalacaq, sonra isə müqavilənin müddəti hər 5 ildən bir avtomatik şəkildə uzadılacaq. Moskva Dövlət Universiteti yanında Postsovet Məkanının Tədqiqatı Mərkəzinin baş direktoru Aleksey Vlasovun dediyinə görə, belə protokolun gündəmə gəlməsi Cənubi Qafqazdakı proseslərə çox pis təsir edəcək. "Rusiya rəhbərliyi sənədi imzalayarsa və Ermənistanın təhlükəsizliyinin təminatçısı funksiyasını boynuna götürərsə, Cənubi Qafqazdakı proseslər köklü şəkildə dəyişəcək. Ermənistanla Azərbaycan arasındakı indiki situasiyada həddən artıq ciddi dəyişikliklər olacaq, Dağlııq Qarabağ münaqişəsinin nizamlanması prosesinə faktiki olaraq "bomba" qoyulacaq. Bütün Cənubi Qafqazdakı geosiyasi durum bambaşqa məcrada inkişaf edə bilər. Dağlıq Qarabağ probleminin dinc danışıqlarla nizamlanmasına yönəlmiş prosesdə Rusiya vasitəçilik edir və ATƏT-in Minsk Qrupunun həmsədridir. Rusiya prezidenti Dmitri Medvedyev də son vaztlar bu istiqamətdə ciddi fəallıq nümayiş etdirir. Elə buna görə də Azərbaycanın bəhs etdiyimiz protokola reaksiyası yetərincə sərt olacaq", - A.Vlasov söylədi. Politoloq Rasim Musabəyovun fikrincə, Rusiyanın Ermənistanı tam hərbi himayəyə götürməsi və İrəvanın təhlükəsizliyini təmin etməyə boyun olması faktiki olaraq Mokvanın Dağlıq Qarabağ münaqişəsində ermənilərin tərəfində olduğunu etiraf etməsidir. "Əgər Azərbaycan bu müqavilənin ona qarşı olduğunu hiss edərsə, Rusiyanın regiondakı maraqlarına əhəmiyyətli zərbə dəyəcək. Məsələn, Bakı Qəbələdəki radiolokasiya stansiyasının icarəsi barədə müqavilənin vaxtını uzatmaya bilər. Ermənistan ərazisinin rusiyalı hərbçilər tərəfindən müdafiəsi Moskvanın Dağlıq Qarabağ münaqişəsindəki tərəflərdən birini aşkar dəstəkləməsidir. Bu isə Rusiyanın dinc nizamlanma prosesində vasitəçiliyini, onun Minsk Qrupundakı həmsədrliyini absurda döndərir", - R.Musabəyov söylədi. Politoloqun fikrincə, hər şey Ermənistanın yeni protokola münsibətindən asılıdır: "Əgər Rusiya ilə hərbi əməkdaşlığın daha da gücləndirilməsi Ermənistanı sakitləşdirərsə, bu bir məsələdi. Amma ermənilər yeni sənəd imzalanandan sonra Dağlıq Qarabağla bağlı danışıqlarda daha da inadkar mövqe tutarsa, onda Bakı naəlac qalaraq birtərəfli addımlar atmalı olacaq". Gürcüstanın XİN sənədlə bağlı açıqlama verməyib. Lakin Tiflisdəki politoloqlar və ekspertlər hesab edirlər ki, Rusiya bu minvalla Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanmasına çalışır. "Kremlin çoxdan bəri adət etdiyi və dəfələrlə sınadığı ssenari indi yenə təkrarlanmaq üzrədir. Bir tərəfdən Azərbaycana "C-300" zenit-raket kompleksləri sataraq Bakını "stabil və səmimi müttəfiqlik əlaqələri"ndə rahatlandırmağa çalışan Moskva digər tərəfdən Ermənistanın təhlükəsizliyinin təminatçısına çevrilir. Gürcüstanda da belə olmuşdu. Çox istərdik ki, Tiflisin etdiyi səhvləri Bakı təkrarlamasın. ABŞ İrana hücuma hazırlaşır və buna görə də Dağlıq Qarabağ danışıqları məsələsində guya Bakının tərəfində olduğunu göstərməklə azərbaycanlıların rəğbətini qazanmağa çalışır. Ermənistan da çox narahat olduğu üçün Kreml İrəvanı bu minvalla sakitləşdirməyə can atır", - Gürcüstan Regional Siyasi Proqnozlaşdırma Mərkəzinin direktoru Avtandil Mjvanadze əməkdaşımıza söylədi. Ermənistanın özündə isə Rusiyanın planlarına münasibət birmənalı deyil. "Bu sənədin Ermənistanın maraqları ilə heç bir əlaqəsi yoxdur və bizə də heç nə verən deyil. Əgər Rusiya Ermənistanın təhlükəsizliyinin təminatını hüquqi sənədlər vasitəsilə öz boynuna götürərsə, onda suverenliyimizin son qalıqlarını da itirəcəyik. Ermənistan prezidenti Serj Sərkisyanın yürütdüyü siyasət nəticəsində faktiki olaraq Rusiyanın forpostuna və buyruq quluna dönmüşük. Gümrüdəki baza barədə yeni anlaşma imzalanandan sonra isə Rusiyanın quberniyasına çevriləcəyik", - Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Ruben Mehrabyan söyləyib. İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndaryan isə hesab edir ki, Rusiyanın Ermənistanın təhlükəsizliyini təminatını vəd etməsi əslində Kremlin regiondakı təsir imkanlarını maksimum dərəcədə genişləndirmək istəyi ilə bağlıdır. Dünən əldə etdiyimiz məlumatlara görə, hazırda Azərbaycan və Rusiyanın XİN-ləri arasında intensiv müzakirələr gedir. Rəsmi Bakı bu sənədin imzalanmasının qarşısını almağa çalışır. Eyni zamanda, ABŞ da sözügedən protokol layihəsini Cənubi Qafqaz regionu, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesə real təhlükə hesab etdiyindən sabah Bakı ilə məsləhətləşmələrə başlamaq niyyətindədir. "Ekspress"ə verilən məlumatlara görə, bu həftənin sonlarınadək rəsmi Vaşinqtonun Bakıya olayları müzakirə etmək üçün nümayəndə yollayacağı gözlənilir. Express
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu