SON XƏBƏRLƏR

Türkiyə İsraildən üzr istəmə və təzminat ödəməsi tələbini dəvam etdirir

2021.10.20, 07:36
Türkiyə İsraildən üzr istəmə və təzminat ödəməsi tələbini dəvam etdirir

Gunaz.tv

GünAzTv: İsrailin Qəzzaya yardım gəmilərinə hücumla bağlı beynəlxalq istintaq tələbini qəbul etməsi Ankaranı məmnun edib.

 

Xarici işlər naziri Əhməd Davudoğlu istintaq komissiyasının hüququn aliliyini təsdiqləyəcəyini bildirib. İsrailin beynəlxalq hüquq normalarını pozduğunu söyləyən Davudoğlu bildirib ki, bu məsələ yalnız Türkiyə-İsrail məsələsi deyil: "Beynəlxalq birlik beynəlxalq hüquq normasının pozulmasını təhqiq etməlidir".

 

Xarici İşlər Nazirliyi tərəfinfən yayılan yazılı açıqlamada da İsrailin beynəlxalq istintaqı qəbul etməsindən məmnunluq ifadə edilib.

 

Açıqlamada Türkiyənin istintaq işinə dəstək verəcəyi vurğulanıb.

 

Aparılacaq istintaqın beynəlxalq standartlara uyğun, sürətli, tərəfsiz, mötəbər və şəffaf xarakter daşımasının əhəmiyyəti vurğulanıb.

 

Nazirlər Kabinetinin açıqlamasında isə İsraildən üzr və təzminat tələbinin davam etdiyi bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar