SON XƏBƏRLƏR

Rusiyadan Azərbaycana “S-300” komplekslərinin satılacağı xəbəri təsdiqlənir

2021.10.20, 07:36
Rusiyadan Azərbaycana “S-300” komplekslərinin satılacağı xəbəri təsdiqlənir

Gunaz.tv

GünAzTv: Azərbaycanlı kursantlar Tverdəki Hərbi-Kosmik Akademiyada “S-300" zenit-raket komplekslərini öyrənməklə bağlı kurs keçirlər.

Rusiya Müdafiə Nazirliyindəki mənbə “Nezavisimya qazeta”ya Azərbaycana iki “S-300" dviziya zenit-raket kompleksi satılacağını təsdiqləyib. Bu barədə Lent.az “Nezavisimaya qazeta”ya istinadən xəbər yayıb. Müvafiq qurumlar arasında imzalanacaq müqavilənin dəyəri 300 milyon dollardır.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, artıq neçə ildir ki, azərbaycanlı kursantlar Tverdəki Hərbi-Kosmik Akademiyada “S-300" zenit-raket komplekslərini öyrənməklə bağlı kurs keçirlər. Rusiya Müdafiə Nazirlyində onu da qeyd ediblər ki, ”Rosoboroneksport" kütləvi informasiya vasitələrində Azərbaycana “S-300" zenit-raket komplekslərinin satılacağı barədə xəbər yayılarkən bunu təkzib etməklə düzgün davranıb: ”Çünki bu barədə razılaşma olsa da, yekun qərarı hökumətlər qəbul edəcək". Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də Azərbaycana bu silahların satıla biləcəyini təkzib etməyib. “Nezavisimaya qazeta”nın yazığına görə, Müdafiə Nazirliyi Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin Azərbaycana səfəri zamanı da “S-300" zenit-raket komplekslərinin satışı məsələsinin müzakirə olunacağını istisna etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar