SON XƏBƏRLƏR

Amerika qoşunu İraq və Əfqanıstanı tərk edəcək

2021.10.20, 07:36
Amerika qoşunu İraq və Əfqanıstanı tərk edəcək

Gunaz.tv

GünAzTv: Ağ Ev rəhbəri bildirib ki, sabiq prezidet Corc Buşun elan etdiyi İraqın Azadlıq Əməliyyatı avqustun 31-də başa çatdırılacaq.

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama Amerikanın İraqdakı döyüş missiyasının başa çatdığını elan edib.

Ağ Ev rəhbəri bildirib ki,  sabiq prezidet Corc Buşun elan etdiyi İraqın Azadlıq Əməliyyatı avqustun 31-də başa çatdırılacaq. Beləliklə 90 min əsgərdən ibarət qüvvə vətəninə qayıdacaq. Bu ölkədə qalacaq 50 min nəfərlik qüvvə İraq əsgərlərinə təlimlər keçəcək və əks-terror əməliyyatlarında onlara yardım göstərəcək. ABŞ qüvvələri 2011-ci ilin sonunadək İraqı tamamilə tərk etməlidir.

 

Digər xəbərə əsasən, ABŞ Əfqanıstandan qoşunlarını  gələn ilin iyulundan çıxarmağa başlayacaq. Bunu ABC telekanalına müsahibəsində Pentaqon rəhbəri Robert Geyts deyib.

Müdafiə naziri bildirib ki, başlanğıcda bu proses məhdud şəkildə həyata keçiriləcək. İş uğurla davam edərsə, o zaman proses sürətləndiriləcək. Onun sözlərinə görə, bu Əfqanıstandakı  real vəziyyətdən asılı olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar