SON XƏBƏRLƏR

Tel-Aviv Ankaranın tələbini qəbul etdi

2021.10.20, 07:36
Tel-Aviv Ankaranın tələbini qəbul etdi

Gunaz.tv

GünAzTv: Təl-Əviv Qəzzaya humanitar yardım aparan Türkiyə flotiliyasına hücumun beynəlxalq komissiya tərəfindən araşdırılması ilə bağlı Ankaranın tələbini qəbul edib.

 

Pan Qi Munla telefon danışığından sonra İsrailin müdafiə naziri Ehud Barak belə qərara gəlib.

 

Türkiyənin diplomatik addımları sayəsində İsrail Mavi Mərmərədə baş verənlərin BMT-nin müstəqil komissiyasında araşdırılmasına razılaşıb.

Bunun üçün İsrailə Avropa ölkələrindən xüsusi ekspertlər göndəriləcək.

 

Pan Qi Munla telefon danışığında İsrailin müdafiə naziri Ehud Barak komissiyada ABŞ (Amerika Birləşmiş Ştatları), BMT, Avropa ölkələri ilə yanaşı türkiyəli ekspertlərin də olmasına razılıq verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar