SON XƏBƏRLƏR

Təbrizdə Aksiya: "Türk dilində mədrəsə - olmalıdır hər kəsə"- Video Görüntü

2021.10.20, 07:36
Təbrizdə Aksiya: "Türk dilində mədrəsə - olmalıdır hər kəsə"- Video Görüntü

Gunaz.tv

GünAzTv: Dünən 2010-cu il avqust ayının 1-də (mordadın 10-u) Təbriz şəhəri böyük Etiraz Aksiyasına şahid oldu.

 

Futbol federasiyasının “Traxtur” futbol komandası haqqında verdiyi ədalətsiz məlum qərar və “Traxtur-Piruzi” müsabiqəsinin keçirildiyi zaman, Tehranın Azadi stadyomunda (stadion) türk millətinə qarşı səsləndirilən təhqiramiz şüarlar və ifadələr Azərbaycanın müxtəlif  bölgələrində etirazla qarşılandı.

 

Azərbaycanın müxtəlif bölgələrindən Təbrizə gələn azərbaycanlılar yeli soydaşlarımızla birlikdə saatqabağından etiraz aksiyasına başlasalarda qısa müddətdə şəhərin digər xiyabanlarını da etiraz dalğası bürümüş oldu.

 

Etiraz Aksiyasında milli məzmunlu şüarlar səsləndirilib: “Yaşasın Azərbaycan”, “Azərbaycan milləti-Çəkməz belə zilləti”, “Azərbaycan var olsun-İstəməyən kor olsun”, “Azərbaycan canımız-  ‘Ay-ulduz’ bayrağımız”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq”, və ...

 

Bu şüarlar İran rejiminin Təhlükəsizlik Qüvvələrinin yaratdığı bir təhlükəsizlik vəziyyətində səsləndirilib. Valiliye tərəf getmək istəyən aksiyaçıların Təhlükəsizlik tərəfindən sərt hücuma məruz qaldıqları bildirilir. Ancaq aksiyaçıların ölçülü hərəkəti təhlükəsizlik qüvvələrini çaş-baş salıb. Aksiya zamanı yaxalanan soydaşlarımız var. ama hələlik onların kimliyindən məlumat yoxdur.

 

Bu zəmində Video Görüntü izləyə bilərsiniz:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar