SON XƏBƏRLƏR

Amerika Türkiyədə raket hücumundan müdafiə sistemləri yerləşdirmək istəyir

2021.10.20, 07:36
Amerika Türkiyədə raket hücumundan müdafiə sistemləri yerləşdirmək istəyir

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları)  İranın raket hücumlarının qarşısını almaq üçün Avropanın cənubunda müvafiq sistemlər yerləşdirəcək. bu barədə Lent.az “Vaşinqton Post” qəzetinə istinadən xəbər yayıb.

 

ABŞ raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün Türkiyə, yaxud Bolqarıstan ilə müqavilə imzalamağa hazırlaşır.

Bununla bərabər, Vaşinqton İsrail və Fələstindəki müttəfiqləri ilə raket hücumundan müdafiə sistemlərinin müasirləşdirilməsi və yeni sistemlərin qurulması üçün danışıqlar aparır. İsraildə ABŞ radarları 2008-ci ildə qurulub.

“Vaşinqton Post” yazır ki, ABŞ Fars körfəzindəki ərəb ölkələrinin birinin ərazisində də belə sistemlər yerləşdirməyə cəhd göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar