SON XƏBƏRLƏR

İranın Şimal-şərq və cənub əyalətlərində elektrik enerjisi kəsilib

2021.10.20, 07:36
İranın Şimal-şərq və cənub əyalətlərində elektrik enerjisi kəsilib

Gunaz.tv

GünAzTv:. İranda sırağagün baş verən zəlzələdə xəsarət alanların sayı 200-ə çatıb. Fəlakətin baş verdiyi şimal-şərq və cənub əyalətlərində kommunikasiya xətləri sıradan çıxıb, elektrik enerjisi kəsilib.

 

Xatırladaq ki, 5,7 bal gücündə olan birinci yeraltı təkan ölkənin şimal-şərqindəki Xorasan əyalətində Torbete-Heydəriyyə şəhərində qeydə alınıb. Yeraltı təkanlar 5,7 bal gücündə olub. Burda tikilərin 80 faizi dağılıb. Daha sonra isə cənubdakı Kerman əyalətində də zəlzələ baş verib. Qeyd edək ki, seysmik zonada yerləşən İran tez-tez yeraltı təkanlara məruz qalır. 2003-cü ildə Bəm şəhərində baş verən 6 bal gücündə zəlzələ 43 min nəfərin ölümünə səbəb olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar