SON XƏBƏRLƏR

Braziliya Sakine Mohammadi Aştianyəniyə sığınacaq verməyə hazırdır

2021.10.20, 07:36
Braziliya Sakine Mohammadi Aştianyəniyə sığınacaq verməyə hazırdır

Gunaz.tv

GünAzTv:  Braziliya prezidenti Luiz Inacio Lula da Silva İranda barəsində ölüm hökmü çıxarılmış qadına sığınacaq verməyə hazır olduğunu bildirib. Lula bildirib ki, "əgər bu İran cəmiyyəti üçün problemlər yaradırsa, bu zaman Braziliya Sakine Mohammadi Aştianyəni qəbul etməyə hazırdır.

Xatırladaq ki, Aştianiyə zina etməkdə təqsirli bilinib və daşlanmaya məhkum edilib. Amma təqsirini boynuna almayıb.

 

Braziliya daxil olmaqla bu qadının müdafiəsinə qalxmış ölkələrdə İran məhkəməsinin qərarı etirazlara səbəb olub. Lula da Silva deyib ki, “İran prezidenti Mahmud Əhmədinejad məni dost adlandırır və mən onunla bu məsələni müzakirə etməyə hazıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar